Müsavat başqanı: “Hakimiyyətlə dialoqa hazırıq”

Müəllif: Redaktor

Editor

musavatÖlkədə iqtidar-müxalifət dialoqu bərpa olunacaqmı?

Siyasi partiyaların təmsilçiləri mövcud şəraitdə dialoq prosesinə yenidən başladılmasına ehtiyac olduğunu düşünürlər.

Hər bir sivil cəmiyyətdə iqtidar-müxalifət dialoqunun olması həmin dövlətin inkişafına, onun sabitliyinə xidmət edir. Azərbaycanda da başa çatmaqda olan cari ildə bir neçə dəfə iqtidar-müxalifət dialoqu baş tutub. Lakin uzun müddətdir dayandırılmış bu prosesin nə zaman bərpa ediləcəyi hələ də qeyri-müəyyəndir. Görəsən, üzümüzə gələn ildə siyasi açılım, iqtidar-müxalifət dialoqunun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi? Ümumiyyətlə, siyasilərin bu məsələyə dair gözləntiləri nədən ibarətdir?

Hakim partiyanın nümayəndəsi, millət vəkili Aydın Mirzəzadə Yenicag.Az-a açıqlamasında təmsil etdiyi təşkilatın hər zaman dialoqlara hazır olduğunu bildirib:

Aydın Mirzəzadə ile ilgili görsel sonucu“Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq hər zaman siyasi təşkilatlarla dialoqda olur, partiyaların fikir demək hüququna hörmətlə yanaşır. Eyni zamanda, Azərbaycanda dialoq mühitinin bərpasında YAP-ın xidmətləri böyükdür. YAP dialoqlarda iştirak etməyə, ona öz töhfəsini verməyə, qarşı tərəflərlə fikir mübadiləsi aparmağa həmişə hazırdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı real müxalifətlə hakimiyyətin dialoqunun aparılmasına hər zaman hazır olduqlarını bəyan edib:

“Dialoq mövzusu zaman-zaman gündəmə gəlir. Təəssüf ki, Azərbaycan hakimiyyəti nəinki müxalifət, ümumiyyətlə, Azərbaycan cəmiyyətilə dialoqda maraqlı olmadığını nümayiş etdirir. Zaman-zaman hakimiyyət dialoq imitasiyası siyasətini aparıb. Ancaq bu real dialoqla nəticələnməyib. Müxalifətə gəldikdə, real müxalifət qüvvələrilə hakimiyyət arasında Azərbaycanın ümummilli problemlərilə bağlı real dialoq mühiti olsa, buna hazır olduğumuzu həmişə bildirmişik. Azərbaycanın mənafelərini əks etdirən müzakirələrdə bütün siyasi qüvvələr, eyni zamanda hakimiyyətlə də dialoqa hazırıq”. Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşünür ki, Azərbaycan iqtidarı dialoq etimadını itirib: “Bu il bir neçə dəfə dialoq təklifində olduq, amma proses çox uğursuzluqla nəticələndi. Çünki kifayət qədər vacib olan siyasi prosesi öz maraqları baxımından əhəmiyyətsiz bir vəziyyətə gətirib çıxarıblar. Gələn il ərzində də nə dialoq olacaq, nə də ona ehtiyac. Çünki qarşı tərəfə etimad yoxdursa, dialoqu kiminlə və necə aparacaqlar?”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu mövzuda fikir söyləməkdə çətinlik çəkdiyini deyib:

Mirmahmud Mirəlioğlu ile ilgili görsel sonucu“İqtidarla müxalifət arasında dialoqun olacağı barədə düşünməyə belə adam çətinlik çəkir. Yaxşı olar ki, məsələ ilə bağlı iqtidar təmsilçilərinə müraciət edəsiniz”.

Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini Elşən Mustafayev hazırkı şəraitdə ölkədə belə bir dialoqun vacib olduğunu vurğulayıb:

“Hələ 2015-ci ilin əvvəlində iqtidarla müxalifət arasında olan görüşlərin dayandırılmasından çox təəssüfləndim. 2015-ci idən üzü bu yana neftin qiymətinin düşməsi, iqtisadi böhran, regionda iqtisadi-siyasi vəziyyətin gərgin olması səbəbindən gecikmiş olsa belə bu istiqamətdə addım atmaq lazımdır. Elşən Mustafayev ile ilgili görsel sonucuÜmumiyyətlə, bu ölkənin taleyində hüquqi məsuliyyəti iqtidar daşıyırsa, mənəvi məsuliyyəti bütün əhali, o cümlədən müxalif siyasi partiyalar daşıyır.

Bəzi hallarda da mənəvi məsuliyyət hüquqi məsuliyyətdən daha ağır olur. Düşünürəm ki, iqtidarla müxalifət arasında qeyd-şərtsiz, bərabər hüquqlu yanaşma əsasında dialoq mütəmadi olaraq keçirilməlidir”.

ELÇİN
Yenicağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır