yenicag.az

Müsavatçılar Divan qərarına qarşı –  “Bir ay sonranı hesablaya bilmirlərsə…”

Müsavatçılar Divan qərarına qarşı –  “Bir ay sonranı hesablaya bilmirlərsə…”

Müəllif: Baş Redaktor

Baş Redaktor

big9453-musavat“Müsavat Partiyası Divanının  seçkilərdə iştirakı dayandırmaq barədə verdiyi qərar çox yanlış bir qərardır”. Bu sözləri Yenicag.az-a açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, hazırda seçkilərdə namizəd olan Tural Abbaslı söyləyib:

“Bu yanlış qərardır.  Çünki heç bir siyasi, hüquqi, mənəvi izahı, əsası  olmayan  qərardır. Ümumiyyətlə siyasətdə boykot etməyin özü əvvəlcədən məğlubiyyəti etiraf etməkdir.  Bu günə qədər Azərbaycanda olunan boykot hərəkatının heç birinin siyasi uğuru olmayıb. Bütün bu praktikadan çıxış edəndə görürük ki, boykotun özü uğursuz bir qərardır. Ya da boykot qərarını heç olmasa vaxtında verərdilər, seçkilərə ümumiyyətlə qatılmazdılar.  Amma seçkilərə qatılır, onlarla insan imza toplama kampaniyasında iştirak edir, maliyyə baxımından xərcə düşür,  qeydiyyatdan keçən 25 namizəd seçicilərilə görüşür, nəticədə seçkiyə 3 gün qalmış boykot qərarı verilir. Bunu da normal seçki mühitinin yaradılmaması ilə əlaqələndiriblər. Əvvəlcədən də hansı hakimiyyətlə mübarizə apardığımızı biliriksə, anlamalıydıq ki, bu seçkilərdə də normal şərait yaradılmayacaq.  Ona görə boykot qərarı verilirdisə, bu öncədən edilməli idi. Amma, indi atılan addım Müsavat rəhbərliyinin siyasi cəhətdən uzaqgörən olmadığının göstəricisidir. Bu insanlar bir ay sonranı hesablaya bilmirlərsə, cəmiyyət qarşısına çıxıb illər sonraya necə vədlər verə bilirlər? Bu fonda da insanlar, üzvlər,  arasında olan etimadı itirəcək, namizəd olanların bir çoxları narazı qalacaqlar. Bu qərar hərtərəfli olaraq yanlış bir qərar idi. Həmin yanlış qərarın da nəticələrini təəssüf ki, partiyamız çəkməli olacaq”.

ELÇİN

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti