Müsəlman ölkəsindən şok addım – “Miss İraq 2015 keçirilir” – VİDEO

Müsəlman ölkəsindən şok addım – “Miss İraq 2015 keçirilir” – VİDEO

Müəllif: Redaktor

Baş Redaktor

irak-ta-43-yil-sonra-guzellik-yarismasi-7738298_x_1932_300Yenicag.az xəbər verir ki, müsəlman ölkəsi olan İraqda gözlənilməz hadisə yaşanıb.

Beləki, İraq gözəllik yarışmasında iştirak etməyə qərar verib. 40 ildir bənzər yarışmalara qatılmayan İraqda, ölkəsində “hər şeyin yaxşı olduğunu” sübut etmək üçün “Miss İraq 2015” yarışması təşkil ediləcək.

Ən son 1972-ci ildə Bağdadda keçirilən gözəllik yarışmasını yenidən həyata keçirmək üçün artıq hazırlıqlara başlanıb.

Yarışmanın tışkilatçılarından olan Sənan Kamel qəzetlərdə və Tv-lərdə elan verib. “Gözəlsiniz mi?” şüarıyla yayılan elanla artıq 50 namizəd toplanıb. Lakin bəzi din xadimləri və tayfa liderlərinin ölüm təhdidləri səbəbi ilə iki namizəd geri çəkilib.

Müsabiqə, insanların sərt reaksiyalarına və tənqidlərinə görə dekabr ayına təxirə salınıb. Buna baxmayaraq, təşkilatçılar bu layihəni həyata keçirməkdə qərarlıdırlar.

Kamel açıqlamasında, yarışmanın iraqlılara,ölkələrində gözəl şeylərin də olduğuna dair ümid verəcəyini, deyib.

Flaş, Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti