!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müşfiq ikinci dəfə repressiyaya uğradı - Xalq artistindən ağır ittihamlar

!Reklam – Yazi

Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanovun verdiyi məlumata əsasən, “Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıdıb.

Məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Yeniçağ.az-a verdiyi açıqlamasında deyib:

“Biz vandal deyilik ki, götürək hər hansı bir görkəmli şairin və yaxud da şəxsin büstünü dağıdaq. Həmin ərazidə Prezidentin sərəncamına uyğun olaraq, (Yasamal rayonu, Sovetski kimi tanınan ərazidə) yenidənqurma-abadlıq işləri həyata keçirilir. Həmin yenidənqurma, abadlıq işləri çərçivəsində “Statistika dairəsi” kimi tanınan ərazidə rekonstruksiya işləri görülür. Büstə zərər dəyməsin deyə, müvəqqəti olaraq həmin ərazidən götürülüb və anbarda saxlanılır. İşlər yekunlaşdıqdan sonra yenidən yerləşdiyi əraziyə qaytarılacaq. Bu da layihəyə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Burada özbaşına heç bir iş görülmür”.

Sözügedən məsələ cəmiyyətdə də əks-səda doğurub. Xalq artisti, tanınmış aktyor Ramiz Məlik Yeniçağ.az-a bu hadisənin bir ziyalı kimi ona çox təsir etdiyini bildirdi:

“Bu, adi məsələ deyil. Nakam şairin heykəlini bu cür sökmək Mikayıl Müşfiqə qarşı həqarətdir. Sökməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin razılığı alınmalı idi. Əvvəlcə yer təyin edilib, köçürülməli, sonra yol genişləndirilməlidir. Abidənin anbarda nə işi? Bu, “Azəryolservis”in Azərbaycan Mədəniyyətinə qarşı hörmətsizliyidir.
Yeniçağ.az

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv