www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ramiz Zeynalovun işçisi haqqını tələb edən vətəndaşı döyüb

dovlet_yol_polisi-1024x442Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. Qanunda bir başqa, reallıqda tamam ayrı şəkildə həyata keçirilən bu prosesdən qazananlar da çoxdur. Üstəlik, əgər «yaxşı nömrə» istəyən varsa, bu artıq əlavə qazancdır. Özü də elə-belə yox.

BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin BDYPİ-nin Dövlət İmtahan-Qeydiyyat Komissiyasının rəisi Müşfiq Rəhimov həyata keçirir. Onun əlindəki cüt nömrələr, hətta məmur uşaqlarını da ona ağız açmağa vadar edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 25 min manata qədər dəyişəndir.

28 il polis orqanlarında qüsursuz çalışmış Balakişi Hüseynov jam.az-a açıqlamasında şəxsi maşınına nömrə almaq istədiyini, amma ondan külli miqdarda pul tələb olunduğunu deyib. O bildirib ki, 99-999 dövlət nömrə nişanını almaq üçün BDYPİ-yə müraciət edib. Lakin oradan keçmiş polis işçisinə bildiriblər ki, onlarda 99-999 dövlət nömrə nişanı qalmayıb və bu səbəbdən də heç bir yardım edə bilməyəcəklər.

Bu deyilənlərə inanmaq istəyən Balakişi Hüseynov ona deyilən sözün ardından 5 dəqiqə keçməmiş təklifi eşidəndə isə şoka düşüb. Belə ki, keçmiş polis işçisinə keçmiş həmkarları Müşfiq Rəhimovun adından xəbər çatdırıblar ki, əgər qeyd olunan dövlət nömrə nişanını almaq istəyirsə, ona hörmət əlaməti olaraq bunu 10 min manata təşkil edə bilərlər.

BDYPİ-nin rəsmisi M.Rəhimovla görüşmək üçün dəfələrlə can atdığını, lakin buna nail olmadığını bildirən B.Hüseynov qeyd edir ki, baş verən özbaşınalıq və qanunsuzluqdan dolayı Prezident əvə Daxili İşlər naziri Ramil Usubova müraciət edəcək. İlkin olaraq mətbuat vasitəsi ilə DİN başçısı Ramil Usubova müraciət edən keçmiş polis işçisi bildirib: «Cənab nazir, 28 il bu dövlətə qüsursuz xidmət etmişəm. İndiyə qədər bir dəfə də olsun, hansısa nömrə və ya başqa bir məqsədlə BDYPİ-yə müraciət etməmişəm. Sonuncu dəfə 99-999 dövlət nömrə nişanını almaq üçün müraciətdə bulundum, lakin Müşfiq Rəhimovun rəhbəri olduğu şöbədə mənə bildirdilər ki, bunun üçün 10 min manat pul lazımdır. Mən sizdən artıq dərəcədə xahiş edirəm, həm bu məsələni araşdırıb tədbir görəsiniz, həm də mənim avtomobilimin arzuladığım dövlət nömrə nişanı ilə təmin olunmasına yardımçı olasınız».

Qeyd edək ki, Müşfiq Rəhimovun bir müddət öncə qanuni haqqını tələb edən vətəndaşla əlbəyaxa olduğu xəbəri yayılmışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."