MÜSİAD Azərbaycan Təmsilçiliyi iş adamlarını iftar süfrəsində birləşdirdi - Foto,Video

MÜSİAD Azərbaycan Təmsilçiliyi iş adamlarını iftar süfrəsində birləşdirdi – Foto,Video

Müəllif: Redaktor

Baş Redaktor

Müstəqil Sənaye və İş adamları Dərnəyinin Azərbaycan şöbəsi iş adamlarını iftar süfrəsində görüşdürüb.

“Boulevard” oteldə təşkil edilən iftar süfrəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Ufuk Arca Turganer, MÜSİAD sədrinin müavinləri Ali Reis Topçu, Adnan Bostan, Kerim Altıntaş, ATİB rəisi Cemal Yangın, TUİB sədri Ali İhsan Genc eləcə də qardaş ölkədən və Azərbaycandan olan iş adamları iştirak ediblər.

Azərbaycan şöbəsinin icraçı katibi Muhterem Öz qonaqları salamladıqdan sonra çıxış üçün söz MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzuna verildi:

“MÜSİAD 68 ölkədə 181 filialı olan qlobal bir gücdür. MÜSİAD sadəcə iş adamları dərnəyi deyil. Ölkə problemlərinin həllində üzərinə məsuliyyət götürən bir qurumdur.”

MÜSİAD sədri, azərbaycanlı və türkiyəli iş adamlarının əməkdaşlığından məmnunluğunu ifadə edib:

” Azərbaycan və Türkiyə iş adamları olaraq dünyanı önümüzə sərəcəyik. Güclü dövlət xadimlərinin yanında güclü iş adamları olacayıq.”

Abdurrahman Uzun MÜSİAD-ın Azərbaycanda fəaliyyətə başlamasının zərurəti barədə məlumat verdi. Təmsilçiliyin rəhbəri qeyd etdi ki, MÜSİAD-ın dünyanın başqa ölkələrində qurduğu iş əlaqələri Azərbaycan üçün inanılmaz fürsətlər yaradacaqdır.

Türkiyədən bu toplantı üçün Bakıda səfərdə olan MÜSİAD sədrinin müavini Adnan Bostan göstərilən etimada görə, Azərbaycan prezidentinə təşəkkür edib. Bostan, dəyəri yüksək məhsulların istehsalı və güclü texnologiyaya sahib olmaq üçün Azərbaycanla əməkdaşlığa hazır olduqlarını qeyd edib. Qətər və bəzi Körfəz ölkələri arasında baş verən diplomarik böhrana da toxunan sədr köməkçisi, Qətərə qarşı edilənlərin doğru olmadığını və bu mövzuda MÜSİAD olaraq hər cür yardıma hazır olduqlarını bəyan edib.

Daha sonra isə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özaral da çıxış edərək, iki ölkə arasındakı işgüzar əlaqələrdən danışıb. Səfir, 15 iyul xain çevriliş cəhdi barədə bu sözləri qeyd edib:

“15 iyul 2016-cı il Türkiyə Cumhuriyyəti bu günə qədər yer üzündə rast gəlinməmiş xainliyə şahid oldu. 250 can şəhid verdik. Keçmişdən dərs almalıyıq. Bizə güclərinin çatmayacağını bilənlər içimizdəki xainlərlə bunu etməyə çalışdılar. 15 iyuldan çox yaxşı dərs götürməliyik. Bu dərslərdən ən əsası birliyimizi qorumağımızın vacibliyidir. Birlikdə yaşamağa, birlik olmağa məcburuq.”

Erkan Özoral, sərhədlərdən kənarda birlik və bərabərliyin daha əhəmiyyətli olduğunu vurğulayıb. O həmçinin bildirib ki, MÜSİAD və digər iş adamları Azərbaycan iqtisadiyyatınaböyük dəstək verir:

“Azərbaycanda qeyri-neft sektoruna ən çox sərmayə yatıranlar məhz türk iş adamlarıdır. Bütün imkanlarımızla Azərbaycana hər sahədə dəstək olmağa hazırıq, həmişə də hazır olacağıq. Birlikdə olsaq, türkün səsini dünyaya çatdıra bilərik.”

Tədbirin sonunda MÜSİAD-ın 15 iyulda – çevrilişə cəhd zamanı, türk xalqının mübarizəsinə həsr etdiyi qısametrajlı sənədli flim nümayiş olundu.

Yenicag.az

Foto Qalereya:

Ramazan 2017, Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti