!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Musiqili Teatrda “Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

!Reklam – Yazi

14812871523660234384_1000x669Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, bəstəkar Ramiz Mirişlinin “Qısqanc ürəklər” ikihissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, tamaşanın 100-cü nümayişi dekabrın 10-da baş tutacaq.

“Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2006-cı il dekabrın 22-də keçirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurban, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.

Tamaşada rolları Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.(Azərtac)

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv