www.sinerjipro.net

SinerjiProWide
Reklam

nP9EnxSx2p4pRumıniyanın nüfuzlu Dimitrie Cantemir Üniversiteti İstanbul Aydın Universitetinin Mütəvəlli Heyət başçısı, Avrasiya Universitetlər Birliyinin sədri Dr. Mustafa Aydına Fəxri Doktor adı verib.

Editor.az xəbər verir ki, universitetdə təşkil olunan mərasimdə Rumıniya prezidentinin baş müşaviri Sorin-Dan Mihalache, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Bosniya-Herseqovina, Xorvatiya, Serbiya və Çernoqoriya səfirləri, Rumıniya Senatının Xarici Əlaqələr Komitəsinin sədri senator Petru Filip, senator Kristian Dumitrescu, İstanbul Aydın Universiteti Rektoru Prof . Dr. Yadigar İzmirli, Buxarest Yunus Emre İnstitutu Direktoru Tuna Balkan, Quran-ı Kərimi Romanca’ya çevirmesiyle də tanınan Rumıniya doğulan 92 yaşındakı Türkoloq Mustafa Əli Məmməd, Rumıniya-Türkiyə İş Qadınları Dərnəyi Başçısı Birgül Şenyuva ilə Rumıniya Türk İş adamları Dərnəyinin təmsilçiləri iştirak edib.

Dimitrie Cantemir Universitetinin qurucusu Prof. Dr. Momcilo Luburici mərasimdə çıxış edərək deyib ki, Mustafa Aydın elm və təhsil sahəsində dünyada tanınmış bir ziyalı və idarəçidir: “Universitetimiz ona Fəxri Doktor adını verməkdən məmnunluq duyur”.

Dr.Mustafa Aydın Fəxri doktor adını aldıqdan sonra çıxış edərək deyib ki, bu adı almaq onun üçün böyük qürurdur: “Mən həyatının 45 ilini təhsilə həsr etmiş bir qardaşınızam. İnsanlar həyatlarında çox fərqli mükafatlar alırlar. Lakin Dimitri Cantemir Universitetinin təqdim etdiyi Fəxri Doktor adı mənimçün xüsusi önəm daşıyır”.

Qeyd edək ki, Rumıniyanın ən köklü universitetlərindən biri olan Dimitrie Cantemir Universiteti, Fəxri doktor adını bundan əvvəl Türkiyədən 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gülə verib.

Xatırladaq ki, bu Dr.Mustafa Aydına verilən üçüncü Fəxri Doktor adıdır. Bundan əvvəl M.Aydın Moldova Comrad Universiteti və ə Azərbaycan Odlar Yurdu Universitetindən fəxri doktoru ünvanı alıb.(editor)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 147
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."