www.sinerjipro.net

SinerjiProWide
Reklam

19061HDP-nin ölkədəki terror hadisələrinə münasibət bildirməməsi səbəbilə Öcalanla görüşlərinə icazə verilməsə də dövlət danışıqlara davam edir.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Abdullah Öcalan danışıqlar zamanı kürd probleminin həlli prosesinin və əldə olunan müsbət nəticələrin qarşıdurmalarla puça çıxarılmamalı olduğunu bildirib.

HDP-nin heyəti və vəkillərilə aprel ayının 5-dən bu yana görüşə bilməyən Öcalanın kürd probleminin həlli prosesinə, PKK-nın hücumlarına və hərbi əməliyyatlara münasibəti hamının diqqət mərkəzindədir.

Prosesin və əldə olunan nəticələrin qarşıdurmalarla puça çıxarılmamalı olduğunu söyləyən Öcalan HDP-nin 7 iyunda böyük müvəffəqiyyət göstərərək 80 millət vəkili ilə parlamentə daxil olmasından məmnun olduğunu bildirib.

Öcalan bunun siyasi mübarizə baxımından mühüm fürsət olduğunu vurğulayaraq silahla deyil, siyasi zəmində problemlərin həlli yollarını axtarmaqla yola davam edilməsi lazım olduğunu söyləyib.

“Müstəqil bir kürd dövlətinin yerinə, demokratik muxtariyyət, xalqların qarşıdurması deyil, qarşılıqlı anlaşması, xalqların azadlığı kimi məfhumlar üçün baş yormaq lazımdır. Müstəqil bir kürd dövləti İsrailə bənzəyəcək. Belə bir halda təcrid edilmiş və kənarlaşdırılmış bir dövlət yaşaya bilməz. Onu yaşamağa qoymazlar. Bu coğrafiyadan qan və gözyaşı əksik olmaz.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."