!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqillik uğrunda şəhid olanları aşağılayan Fikrət Yusifovun Heydər Əliyevin bu sözlərindən xəbəri var?

!Reklam – Yazi

 

fikretyusifovSabiq maliyyə naziri, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov və digərlərinə qarşı ifadə verərək, Eldar Mahmudovun dövlət çevrilişi şousunun (sonradan istintaqın bu istiqamətdə heç bir addım atmaması və həbs olunanların iqtisadi cinayətlərlə bağlı ittiham edilmələri göstərdi ki, çevriliş iddiadan başqa bir şey deyilmiş) baş qəhrəmanı olan Fikrət Yusifov qalmaqallı status paylaşıb. Yenicag.az xəbər verir ki, Respublika günü ilə bağlı təbrikində Rəsulzadə və silahdaşlarının adının çəkilməməsini qınayanlara cavab vermək istəyən sabiq nazir bu dəfə də Milli Azadlıq Hərəkatına qarşı çıxıb.

Onun iddiasına görə, müstəqilliyin ikinci dəfə əldə olunması üçün heç bir mübarizəyə ehtiyac yox imiş: “Bu adamlar niyə bilmək istəmirlər ki, 1991-ci ildə ikinci dəfə əldə edilən müstəqillik böyük bir qəhrəmanlığın nəticəsi deyildi. Bu SSRİ-nin dağılması nəticəsində taciklərin, qırğızların, türkmənlərin və başqalarının da əldə etdiyi bir müstəqillik idi. Haqqı itirənlər unutmasınlar ki, həmin dövrdə o xalqlar əldə etdikləri müstəqilliyi qoruyub saxladılar, ancaq Azərbaycanın o zamankı hakimiyyəti bunu edə bilmədi”.

Başqalarını “haqq itirmək”də suçlayan Fikrət Yusifov müstəqilliyimizin əldə olunması yolunda verilən şəhidlərin haqqını tapdalayıb.

Daha sonra isə “tarixi bir şans yetişəndə müstəqillik elan etmək qəhrəmanlıq deyil” yazaraq,  müstəqillik uğrunda mübarizənin mənasız olduğunu bildirib.

Görəsən, ulu öndər Heydər Əliyevin adından tez-tez istifadə edən F.Yusifovun mərhum liderin onun bəyənmədiyi Milli Azadlıq Hərəkatına münasibətindən xəbəri varmı?

Xəbərsiz olduğunu düşünüb, ulu öndərin Heydər Əliyev külliyyatının 13-cü cildində əksini tapan fikirlərini təqdim edirik ki, bu yalnış fikirlərini Heydər Əliyevin siyasi kursu kimi təqdim edənlər maariflənsinlər.

Həmin çıxışı qısa ixtisarla təqdim edirik:

 

“Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Moskvanın, İttifaqın o vaxtkı dövlət başçılarının Azərbaycana ədalətsiz münasibətilə əlaqədar və o vaxt Azərbaycana başçılıq edənlərin, həmin o Kommunist Partiyası rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının problemlərinə lazımi qayğı göstərməməsilə əlaqədar, bəlkə də öz hərəkətlərilə xalqına xəyanət etməsilə əlaqədar ayağa qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin parlaq səhifələridir.

Mən hesab edirəm ki, heç kim onları başqa cür qiymətləndirməməlidir. Şəxsən mən bu cür qiymətləndirirəm. Bilirsiniz, ora, həmin o meydana yüz minlərlə adam toplaşırdı. Onlar ora niyə toplaşırdı? Axı onları ora zorla aparmaq olmazdı. Deməli, onların tam əksəriyyətinin qəlbində olan milli hissiyyyat, torpaq, vətən hissiyyatı və ədalətsizliyə qarşı etiraz bu insanları ora toplayırdı. O vaxt o mitinqləri aparanlar, xalqi bu işlərə daha da cəlb edənlər də, mən hesab edirəm ki, çox cəsarətli insanlar olublar və onlarin xidmətlərini danmaq olmaz. Mən bunu həmişə qiymətləndirmişəm və qiymətləndirirəm. Həmin o mintiqlərdə burda oturan şəxslərin əksəriyyəti iştirak ediblər, – gəliblər, danışıblar, sözlərini deyiblər. Ona görə də mən hesab edirəm ki, bunların hamısı bizim xalqımızın qüdrətini, mənəviyyatını nümayiş etdirən səhifələrdir, hadisələrdir.

Siz gərək ki, unutmamisınız, – 1994-ci ilin yanvar-fevral aylarında Milli Məclisdə mənim təşəbbüsümlə məsələ qoydum, bildirdim ki, 20 yanvar hadisələrinə siyasi qiymət verilməyibdir. Xatirinizdədir, mən Milli Məclisə məktub yazdım, təşəbbüs qaldırdım. O vaxtlar bəziləri istəyirdilər kimlərisə günahlandırsınlar ki, 20 gecəsi adamlar qırıldı. Çünki Nemət Pənahov, Etibar Məmmədov, yaxud da ki, Xalq Cəbhəsi insanları çıxartdılar, adamlar ona görə qırıldı. Onları da günahlandırmaq istəyirdilər. Sabir(Sabir Rüstəmxanlını nəzərdə tutur-red.), xatirindədir, onda sən Milli Məclisdə var idin. Onları günahlandırmaq, qərara yazdırmaq istəyirdilər. Sənin də, başqalarının da xatırındədir ki, mən bunun əleyhinə çıxdım. Dedim, onlar günahkar deyillər. Onlar öz vətənini qoruyurdular, öz hissiyyatlarını bildirirdilər. Günahkar o tankları buraya gətirənlərdir, günahkar o tankları bura göndərənlərdir! Ona görə də mən o vaxt dedim, – nə Nemət Pənahovu, nə Etibar Məmmədovu, nə Xalq Cəbhəsini, nə başqasını, heç birisini günahlandırmaq olmaz. O vaxt mən buna imkan vermədim. Bəli, o vaxt bəzi qüvvələr çalışdılar qərara saldırsınlar və bunu tarazlaşdırsınlar ki, bəli, onların da, bunların da günahı var!

Amma mən o vaxt da belə fikirdə olmuşam, elə yanvar hadisələri zamanı Moskvada bunu eşıdən kimi də bu fikirdə olmuşam, ondan sonrakı dördə də, bu gün də bu fikirdəyəm:

Ayağa qalxmış xalq öz haqqını istəyirdi, öz sözünü deyirdi, onu basmaq, əzmək üçün tank göndərmək olmazdı! Bu, cinayət idi! Əgər küçədə öldü, əzildisə – bu onun günahı deyil ki, küçəyə çıxmışdı. O küçəyə hissiyyatını bildirmək üçün çıxmışdı. Bəziləri deyirdi ki, xəbərdar etməliydilər ki, tanklar gələcək, küçədən çəkilin. 130, yaxud 200, yaxud da ki, 20 adam həlak oldu, bunun fərqi nədir? Hər bir insan üçün bunun fərqi var, amma millət üçün bunun fərqi yoxdur. Millət üçün fərqi odur ki, millətin mənəviyyatını əzdilər!

Ona görə də o xalq ki, ayağa qalxmışdı və öz haqqını tələb edirdi, o rejimin əleyhinə çıxırdı və Moskvanın, o vaxtkı kommunist rəhbərliyinin Azərbaycan xalqına qarşı ədalətsizliyinə protest edirdi, Azərbaycanın o vaxtkı rəhbərlərinin istefasını tələb edirdi, – hesab edirəm ki, bunlar hamısı doğru-düzgün hərəkətlər olub. Bunları heç vaxt pisləmək olmaz. Onların iştirakçılarını heç vaxt günahlandırmaq olmaz. O cümlədən, Xalq Cəbhəsinin o vaxt yaranması və o dövrdə fəaliyyət göstərməsi, mən hesab edirəm ki, tariximizdə müsbət qiymətləndirilməlidir. Mənim fikrim həmişə belə olubdur.

Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfi münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi.

O vaxtlar həqiqətən Moskvada belə bir fikir var idi ki, bütün bu məsələləri təşkil edən Heydər Əliyevdir, Xalq Cəhbəsini təşkil edən Heydər Əliyevdir.

Belə bir fikir var idi, məni günahlandırmaq istəyirdilər. Amma bir halda ki, bu barədə söhbət açılıb, mən Moskvada yaşayanda da, buraya gələndən sonra da bildirdim – Xalq Cəhbəsi ilə mitinqlərə gedən adamların əksəriyyəti Heydər Əliyevə müsbət münasibəti olan adamlar idi. Əksəriyyəti! Sən dedin ki, (Sabir Rüstəmxanlıya üzünü tutur – red.) onların içində istəyən də, istəməyən də vardı. Sabir, əksəriyyəti istəyən idi. Bəlkə də bunu mənim özüm deməyim yaxşı deyil, başqaları deməlidir. Bəlkə də onların əksəriyyəti meydanlara elə mənim adımla gedibdir. Mənə qarşı ədalətsizliyə etiraz edərək o meydanlara gedirdilər. Ona görə o meydanlarda olan hadisələri özümə doğma hesab etmişəm. Bəli, doğma hesab etmişəm”! (Heydər Əliyev, “Müstəqilliyimiz əbədidir” kitabı, səh.34-43)

Yenicag.az

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv