!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifət məğlubiyyətinə bəhanə axtarır” – AKP millət vəkili

!Reklam – Yazi

AKP-li deputat 16 aprel referendumunun nəticələrini xalqın müəyyənləşdirdiyini deyib.

Türkiyədə bazar günü keçirilmiş Konstitusiya referendumunun nəticələrini Yeniçağ.Az-a şərh edən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Feyzulah Kıyıklık xalqın iradəsinə hörmətlə yanaşılmasının vacibliyini deyib:

“Bildiyiniz kimi referendum prosesi artıq yekunlaşdı və xalq Konstitusiya dəyişikliyinə səs verdi. “Əvət” səslərinin 51 faizdən bir qədər çox olmasına gəldikdə, açığı, biz haradasa azı 55 faiz səs gözləyirdik. Lakin səsvermənin nəticələrini xalq müəyyənləşdirib və buna hörmətlə yanaşırıq”.

Kıyıklıkın fikrincə, müxalifətin seçkilərdə ciddi qanun pozuntuları ilə bağlı iddiaları “ənənəvi blef”dir:

“Onsuz də hər seçkidən sonra məğlub olan tərəf öz uğursuzluğunu pərdələmək üçün bəhanələr gətirir. Həmin iddialar da bəhanədən başqa bir şey deyil və heç nəyi dəyişə bilməz”.

Yeniçağ.Az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv