!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət Milli Məclisə seçkilərdə necə təmsil olunur?

!Reklam – Yazi

deputatseckiRazim Əmiraslanlı: “4 nəfər qeydə alınıb, 6-sı isə yox”.

Bəybala Əbil: “5 nəfər namizəd qeydiyyatdan keçib”

Taleh Əliyev: “Sədrin 1-ci müavini Ənvər Ağazadə təəssüf ki, prosesdən kənar qaldı”

Niyaməddin Orduxanlı: “Artıq partiya sədri Qüdrət bəy olmaqla rəsmi olaraq qeydiyyatdan keçən namizədlər var”

Milli Məclisə seçkilər üzrə imza vərəqələrinin Dairə Seçki Komissiyalarına (DSK) təqdim edilməsi başa çatıb. Görəsən, bu günə qədər partiyaların neçə nəfər namizədi qeydə alınıb, neçəsinə isə “yox” cavabı verilib?

Müsavat Partiyası Divanının üzvü Razim Əmiraslanlı Yenicag.az-a açıqlamasında hələlik qeydə alınan və alınmayanlar arasında nisbətin 4-ün 6-ya olduğunu dedi: “Bu günə qədər 60-dan çox namizədimiz sənədlərini DSK-lara təqdim etmişdi. Hələlik 15 saylı Yasamal seçki dairəsindən İsa Qəmbər başda olmaqla 4 nəfər rəsmən qeydə alınıb. 6 nəfərin isə qeydiyyatından imtina edilib. Qalanlarının da imzaları dairələrə təqdim olunub.  Onlarla bağlı da 7 gün müddətində qərar veriləcək”.

KXCP Ali Məclisinin sədri, Azadlıq-2015 blokunun seçki qərargahı rəhbəri Bəybala Əbil 5 nəfərin hələlik birinci mərhələni uğurla addımladığını söylədi: “İndiyə kimi, DSK-lara 30-dan yuxarı namizədimizin imza sənədləri qəbul olunub. Bir o qədər namizədimizin sənədi isə hələlik DSK-lara təhvil verilməyib, baxmayaraq ki, bu gün sonuncu gündür. 5 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan imtina edilənlərlə bağlı isə hələlik məlumat yoxdur”.

ÜMİD Partiyasi seçki qərargahı rəhbəri Taleh Əliyev bildirdi ki, 16 nəfərə hələlik müsbət rəy verilib: “Ümid Partiyası seçkilərə 85 namizədlə qoşulmuşdu. Lakin onların bir hissəsini imza vərəqələri götürmədən təzyiqlər nəticəsində prosesə qatılmaqdan imtina etməyə vadar ediblər. Bəzi namizədlərimizə də imza toplama prosesində təzyiqlər oldu və onlar da prosesdən uzaqlaşdırıldılar. Bəzi namizədlərimizə DSK-da problem yaradılsa da, MSK-da onlar qeydə alındı. Hələlik 16 nəfər namizəd olaraq qeydə alınıb. Daha 20 nəfərdən  çox namizəd sənədlərini  təqdim edib. Onların da əksəriyyətinin qeydə alınacağını gözləyirik. Təəssüf ki, sədrin 1-ci müavini Ənvər Ağazadənin 72 saylı dairədən namizədliyi qeydə alınmayıb. Həmçinin 95 saylı Tərtər dairəsindən Ali Məclis sədrinin müavini Tamilla Qulaminin namizədliyi qeydə alınmadı”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə hələlik nə qədər namizədlərinin qeydə alındığı barədə məlumatsız olduğunu söylədi: “BAXCP 80-dən çox namizəd irəli sürüb. Onların əksəriyyəti də tələb olunan sənədləri təqdim edib. Artıq imza toplama kampaniyasını da bitirmişik. Artıq partiya sədri Qüdrət bəy olmaqla rəsmi olaraq qeydiyyatdan keçən namizədlər var. Amma onun sayının nə qədər olduğunu hələlik konkret deyə bilmərəm”.

ELÇİN

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv