!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətdə yeni "cəbhə" - Fazil Mustafa və Əli Əliyev qarşıdurması

!Reklam – Yazi

Mübahisəli fikirləri ilə gündəmdən düşməyən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu bu dəfə yeni qalmaqalın mərkəzindədir.

Yeniçağ.Az xəbər verir ki, millət vəkili Fazil Qəzənfəroğlu özünün “Facebook”səhifəsində ilahiyyatçı-jurnalist Cavid Cabbarlı haqqında kəskin ifadələr işlədərək, onu İran kəşfiyyatı ilə əlaqədə ittiham edib:

“Daha bir erməni-fars törəmələri ilə ideya birliyində olan və “kanal13” internet tv-də çalışan Cavid Cabbarlı məlum ölkənin xüsusi xidmət orqanları tərəfindən bizə qarşı kampaniyaya qoşuldu. Səhifəsində ciddi-cəhdlə Nardaranda Azərbaycan dövlətinə qarşı baş verənləri dəstəkləyən bu şəxsləri tanımanız vacibdir. İran saytlarında yerləşdirilən bütün keçmiş yazılarımı məhz indi öz səhifəsinə köçürərək, təqdim etməklə guya bizi ifşa edəcəyini düşünür. Cavid Cabbarlının İran saytları ilə bağlılığının “kanal13” internet tv-ni də əhatə etməsi barədə bir məlumatım yoxdur və bir neçə dəfə də bu kanalda müzakirələrə qatılmışam. Əgər həqiqətən də belə bir bağlılıq aşkara çıxarsa, bu kanalla da hər cür əməkdaşlığı dayandıracağam”.

Yeniçağ.Az-ın məlumatına görə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində geniş yazı yerləşdirərək, partiyada müavini olan C.Cabbarlını hədəfə götürən Qəzənfəroğlunu qeyri-obyektivlikdə günahlandırıb:

“Hörmətli millət vəkilimiz, lap gənclikdən şəxsən tanıdığım Fazil Mustafa rəhbərlik etdiyim “Vətəndaş və İnkişaf partiyası”nın (VİP) sədr müavini, ilahiyyatçı-alim, jurnalist Cavid Cabbarlı haqqında sərt və hesab edirəm ki, bir qədər də təhqiramiz ifadələrə yol verib. Əgər biz Cavid bəylə birgə fəaliyyət göstəririksə, bu ifadələrin şəxsimə də aid olduğu qənaətindəyəm, deyilənlərə qısa aydınlıq gətirmək istəyirəm. Bizim qurduğumuz təşkilat Azərbaycanda azsaylı qurumlardandır ki, heç bir kənar marağa xidmət göstərmir. “Kənar maraq” dedikdə, bəyan etdiyimiz prinsiplərdən fərqli maraqları nəzərdə tuturam.

Fazil Mustafa müavinim Cavid Cabbarlını təhqir edib. Bu hərəkət özünə “ziyalı” deyən şəxsə yaraşmaz. Görünür, Fazil bəy üçün şəxsiyyətə toxunmaq adi haldır. Özündən yaşca və statusca böyük Heydər Əliyevi də, həqiqi ziya sahibi Sərdar bəyi də, indi isə alim, jurnalist Cavid bəyi təhqir etmək vərdişə bənzəyir. Özünə hörmət qoyan başqasını təhqir etməz. Hər insan davranışı ilə daxilini ortaya qoyur. Təəssüf edirəm ki, mütəmadi təhqirləri sağa-sola fırladan Fazil bəyi bu tərəfdən tanıdım. Həqiqətən də düz deyirlərmiş “ Alim olmaq çətin iş deyilmiş”.

VİP sədrinin bu fikirlərini cavabsız buraxmayan Mustafaoğlu sosial şəbəkədə mövqeyini açıqlayıb. O, geniş paylaşımında Ə.Əliyev haqqında tənqidi fikirlərə ter verərək, yazısını belə tamamlayıb: “Sizə də bu mövzuda mənəvi bir statusla başqalarına iradlar bildirməyi məsləhət görməzdim. Hamamın yanında yaşamaq təmiz olmaq mənasına gəlmir. Çünki hələlik mövzumuz sizin müavininizlə bağlıdır, onun başqa ölkədən yönləndirilən kampaniyanın içində yer alması ilə bağlıdır, bu istiqamətdə iradlarımızı nəzərə alacağınıza ümid bəsləyirəm”.

Xatırladaq ki, son günlər Fazil Mustafa ilə ADP sədri Cərdar Cəlaloğlu arasında gedən virtual polemika mediada geniş işıqlandırılırdı. Bir-birilərinin ünvanına kəskin ifadələrdən istifadə edən partiya sədrləri hətta təhqirə keçməkdən çəkinmirdilər. Qəzənfəroğlu isə Cəlaloğlu ilə yaşadığı qalmaqala son qoymadan, bu dəfə Ə. Əliyevə qarşı cəbhə açıb. Azərbaycan təcrübəsinə əsaslansaq, tərəflər arasında “söz toqquşması” bir müddət davam edəcək.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv