“Nə qədər ki, Ermənistanda hakimiyyətdə separatçılar olacaq….”

“Nə qədər ki, Ermənistanda hakimiyyətdə separatçılar olacaq….”

Müəllif: Redaktor

Baş Redaktor

Son dövrlər müxtəlif xarici ölkələrdə yaşayan ermənilər Serj Sarkisyana qarşı daha sərt ittihamlar səsləndirməyə başlayıblar. Məsələn, ABŞ-da yaşayan yazıçı Anna Paytyan bildirib ki, Serj Sarkisyan Xocalı soyqırımını törədənlərdən biridir və indi də öz xalqına qarşı soyqırım siyasəti həyata keçirir:

“Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur”.

Buradan görünür ki, Sarkisyan erməni lobbisi daxilində də dayaqlarını itirməkdədir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Sarkisyana qarşı bəzi lobbi qüvvələrinin kəskin çıxışlarının kökündə işğalçı ölkədə yaxınlaşan parlament seçkilərinə hazırlıq prosesləri durur:

“Erməni lobbisi yekcins bir orqanizm deyil. Onlar arasında hazırkı Ermənistan hakimiyyətilə əməkdaşlıq edən qüvvələr, onu kəskin tənqid edənlər də var. Halbuki, Ermənistan yenicə müstəqillik əldə edəndə bütün lobbi bu ölkənin xeyrinə işləməyə çalışırdı. Amma illər keçdikcə lobbi də gördü ki, Ermənistana göndərdikləri ianələr korrupsiya bataqlığında itib batır. Ona görə də erməni lobbisi hakimiyyəti tənqid etməyə başladı. Lobbi daxilində indiki hakimiyyəti kəskin tənqid edən qüvvələr də mövcuddur. İndi üçüncü bir istiqamət meydana çıxır ki, onlar özlərini həm Ermənistanda, həm də lobbi daxilində göstərməyə başlayır. Onlar başa düşürlər ki, Azərbaycan torpaqlarının işğalı Ermənistanı, ümumiyyətlə bir millət olaraq erməniləri fəlakətə aparırlar. Belə ki, ermənilər Dağlıq Qarabağ və ətraf rayonları işğal etsələr də ağ günə çıxmayıblar. Əvəzində Ermənistanın iqtisadi və sosial həyatı tam iflic vəziyyətindədir. Ölkəni tərk edənlərin sayı ildən-ilə çoxalır. Bu fonda da ölkə daxilində və lobbi içində vəziyyəti anlayışla qarşılayanların sayı getdikcə artır. Artıq Xocalıda soyqırım olduğunu etiraf edən, Bakıya gəlib konfransda iştirak edən ermənilərin də sayı artır. Bu proses də Ermənistan hakimiyyətini ciddi narahat edir. Lakin hakimiyyət bu tendensiyanın qarşısını almaq iqtidarında deyil. Bir tərəfdən hakimiyyət daxilində kəskin intriqalar var, müxalifət güclənir, erməni lobbisinin bir hissəsi ilə yola getmirlər. Nəticədə, Azərbaycanla sülhə çağıran ermənilərin də sayı getdikcə çoxalır. Apreldə Ermənistanda parlament seçkiləridir. Konstitusiya dəyişikliyinə görə ölkədə əsas güc mərkəzi parlament tərəfindən seçilən baş nazir olacaq. Sarkisyan da çalışır ki, baş nazirlik kreslosuna yiyələnsin. Bu fonda da əleyhinə olan lobbi ilə aralarındakı münasibətlər daha kəskin forma almağa başlayıb. Lakin Ermənistanda baş qaldıran yeni çağırışlara rəğmən, onun Qarabağ məsələsinin həllinə müsbət təsir edəcəyi barədə optimist deyiləm. Nə qədər ki, Ermənistan hakimiyyətində separatçılar olacaq çətin ki, danışıqlar masasında sülh əldə edək”.

 

ELÇİN

Yenicag.az

Xəbərlər, Siyasət, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti