yenicag.az
yenicag.az

Nəzakət Teymurova Opera Teatrından getdi - SƏBƏB - ÖZƏL

Nəzakət Teymurova Opera Teatrından getdi- SƏBƏB-ÖZƏL

Müəllif: Redaktor

Editor

Xalq artisti Nəzakət Teymurova uzun illər fəaliyyət göstərdiyi Akademik Opera və Balet Teatrını birdəfəlik tərk edib.

Sənətçi özəl açıqlamasında bir də ayağını həmin teatra qoymayacağını və opera səhnəsinə çıxmayacağını bildirib:

“Öz ərizəmlə işdən getmişəm. Bunun üçün öz səbəblərim var. Heç vaxt kiməsə ixtiyar vermərəm və kiməsə şərait yaratmaram ki, məni işdən azad eləsin. Görəndə ki, o yerdən getmək lazımdır, ərizəmi yazdım və getdim. İndən belə heç vaxt məni səhnədə Leyli kimi görməyəcəksiniz. Yalnız lent yazılarında bunu görə bilərsiniz. Qoy opera səhnəsində başqaları çıxış etsin. Başqa deyəcəyim yoxdur”.

Qeyd edək ki, N.Teymurova 21 ildir ki, “Leyli və Məcnun” operasında ən çox sevilən Leylilərdən olub. O eyni zamanda “Gəlin qayası” və digər operalarda aparıcı partiyaları ifa edib.

Xalq artisti ilə geniş müsahibəni bazar ertəsi saytımızda oxuya bilərsiniz…

Cəvahir Səlimqızı

Yeniçağ.Az

Xəbərlər, Mədəniyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti