yenicag.az

Nabranda “Xaricdəki gənclərimizin perspektiv fəaliyyəti” müzakirə olunub

Nabranda “Xaricdəki gənclərimizin perspektiv fəaliyyəti” müzakirə olunub

Müəllif: Redaktor

Editor

unnamedXaricdə yaşayan və təhsil alan gənclərimiz avqustun 13-də Nabrana səfər ediblər. Səfər Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (AIYA) tərəfindən təşkil olunub. Səfərin məqsədi xaricdə yaşayan gənc soydaşlarımızın Vətənlə əlaqələrini möhkəmləndirmək, onları həqiqətlərimizi xaricdə yaymağa təşviq etmək və perspektiv layihələrin müzakirəsini aparmaqdır. Səfərdə Polşa, İspaniya, Türkiyə, Şimali Kipr, Rusiya, Qırğızıstan və digər ölkələrdə yaşayan və təhsil alan gənclər iştirak ediblər. Ümumi olaraq səfərə əsasən Polşada Azərbaycanlı Gənclər Şurası, Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası, Rusiyanın Sankt-Peterburq şəhərindəki Azərbaycan Gənclər İttifaqı və Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyini təmsil edən gənclər qatılıblar.

Səfər çərçivəsində günün birinci yarısı “Xaricdəki gənclərimizin perspektiv fəaliyyəti” adlı dəyirmi masa keçirilib. Tədbirdə ilk olaraq DJB və AIYA-nın illik hesabatları dinlənilib. Sonra DJB sədri Fuad Hüseynzadə xaricdəki gənclərin regionlarımıza bu kimi səfərlərinin ənənəvi hala aldığını və bundan sonra da davam edəcəyini deyib. F.Hüseynzadə Azərbaycan gənclərinin xaricdəki ictimai fəaliyyətinin diaspor və lobbiçilik işinə yeni bir güc gətirdiyini vurğulayıb.

O, Azərbaycanda universitet tələbələrinə, eləcə də xaricə təhsil almağa gedənlərə Diaspor dərslərini keçirəcəklərini bildirib.

Xaricdəki gənclərin fəaliyyətini mütəmadi olaraq işıqlandıran “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev tələbələrə öz tövsiyəsini verib. O, xaricdə Azərbaycanın müsbət imicini formalaşdıran fəal gənclərin fəaliyyətinə hər zaman media dəstəyi verəcəklərini qeyd edib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki Azərbaycan Gənclər İttifaqının sədr mavini Elman Manafov ilk dəfə olaraq Azərbaycanda belə bir tədbirdə iştirak etdiyinə görə şad olduğunu bildirib və gənclərə uğurlar arzulayıb.
“Mərhəmət” Kimsəsizlərə Yardım İB-nin sədri İradə Polad Türkiyə və Gürcüstanda keçirdiyi “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsini dünya universitetlərində davam etmək ideyasını irəli sürüb.

Dəyirmi masada digərləri də çıxış edərək gələcəkdə xaricdə keçirəcəkləri layihələr haqqında danışıblar.
Sonda gənclər təhsil aldıqları ölkələrin dilində tədbir iştirakçılarına, ümumiyyətlə, Azərbaycan dövlətinə və xalqına xoş arzularını bildiriblər. Xatırladaq ki, ötən il ilk dəfə olaraq DJB və AIYA tərəfindən xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimizin Şamaxı rayonuna səfəri təşkil olunmuşdu. Bu ənənəvi Yay düşərgəsinin sayca üçüncü növbəti görüşünün gələn il də davam etdirilməsi qərarı hamılıqla qəbul edilib.

Günün ikinci yarısında gənclərin istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün gəzintilər olub. Bununla yanaşı, səfər müddətində gənclər üçün əyləncəli şou və intellektual oyunlar təşkil olunub.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti