www.sinerjipro.net

SinerjiProWide
Reklam

nagdYenicag.Az-a 2017-ci ildə büdcə kəsrini aradan qaldırmaq üçün yeni verginin tətbiq olunacağından danışan iqtisadçı-ekspert Vüqar Bayramov bu sahədə daha maraqlı məqamlara toxunub.

Onun sözlərinə görə, rəsmi açıqlamada da qeyd olunduğu kimi məqsəd ondan ibarətdir ki, nağd ödəniş zamanı vergi cəlb olunsun:

“Əgər ödəniş qeyri-nağd şəkildə həyata keçirilibsə, bu zaman vergi tətbiq olunmayacaq. Belə bir verginin tətbiq edilməsi nəticə etibarı ilə vəsaitlərin nağdlaşdırılacağı zaman sahibkarların əlavə ödənişlər etməsinə səbəb olacaq. Bu da sahibkarların əlavə ödənişlər etməsi və xərclərin artmasına gətirib çıxaracaq. Eyni zamanda biz təklif edirik ki, belə vergilərlə yanaşı nağdsız hesablaşmanı stimullaşdırmaq üçün təşviqedici metodlardan da istifadə olunsun. Nağd ödəniş edən sahibkar və ya vətandaş üçün 1 % vergi müəyyənləşdirilsə daha yaxşı olar. Vüqar Bayramov ile ilgili görsel sonucuYaxşı olardı ki, əvvəllər də təklif etdiyim kimi vətəndaşlar üçün bonus mexanizmi tərtib olunsun. Vətəndaşlar qeyri-nağd ödəniş edən zaman bonuslardan faydalana bilsinlər. Bonus sisteminin tərtib olunması nəticə etibarı ilə imkan verəcək ki, vətəndaşlar nağdsız ödənişlərdə maraqlı olsunlar.

Güman edirəm ki, verginin ödənməsi ilə yanaşı kompensasiya və ya bonus sisteminə də ehtiyac var. Əgər sahibkar nağdlaşdırmaya görə vergi ödəyirsə, o zaman vətəndaş da nağdsız istifadəyə görə bonus almalıdır. Nəticədə bu imkan verəcək ki, artıq təşviqedici yolla nağdsız hesablaşmalar mümkün olsun”.

Gülnarə Eynullaqızı
Yenicağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."