!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nağdsız hesablaşmalarda vergi QAYDALARI

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, 2016-cı ilin dekabrında Azərbaycanda “Nağdsız hesablaşmalar haqqında”qanun qəbul edilib.Həmin sənədə əsasən, bir çox ödənişlər, bank əməliyyatları elektron qaydada həyata keçiriməlidir. Qanun vətəndaşlarda xeyli suallar yaradıb. İqtisadçı Mustafa Abbasbəyli əsas məqamlara aydınlıq gətirib.

Yenicag.Az həmin yazını təqdim edir:
1. Nağdsız hesablaşma növləri:
a) bank köçürməsi (o cümlədən, ödəniş kartları və ödəniş tapşırığı; mobil telefon aparatları, kompüter və digər avadanlıq);
b) ödəniş terminalları ilə ödəniş etmə;
c) birbaşa nağd qaydada satıcının bank hesabına köçürmə.
Hər iki tərəf vergi ödəyicisidirsə, aralarında hesablaşmalar yalnız bank köçürməsi yolu ilə aparıla bilər. Yəni, bu halda ödəniş terminalları və nağd qaydada bank hesabına qoyuluş qadağandır.
2. Aylıq nağd əməliyyatların həcmi:
a) ƏDV ödəyən şirkətlər – 30.000 azn
b) illik dövriyyəsi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri – 30.000 azn

c) sadələşdirilmiş vergi ödəyiciləri – 15.000 azn
Bu məbləğlərdən yuxarı olan bütün əməliyyatlar yalnız nağdsız qaydada aparılmalıdır.
3. Yalnız nağdsız qaydada aparılmalı əməliyyatlar:
a) vergilər, gömrük rüsumları, inzibati cərimələr, maliyyə sanksiyaları, lizinq ödənişləri və kreditlərin verilməsi;
b) Hər növ sığorta haqları və ödənişləri;
c) dövlət orqanlarına, dövlət şirkətlərinə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən haqlar və yığımlar;
d) ƏDV məqsədləri üçün qeydiyyata alınmış şirkətlər tərəfindən ödənilən əmək haqları, pensiya, maddi yardım, müavinətlər, kompensasiyalar;

e) stasionar telefon və kommunal xərclərin ödənilməsi;
f) faizsiz pul vəsaitlərinin, digər ayırmaların ödənilməsi və qaytarılması;
g) dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin xərclənməsi;
h) təhsil haqlarının ödənilməsi;

i) turagentlərə ödəmələr.
Bu bənddə qeyd olunan əməliyyatlara 15 min və 30 min limitləri şamil olunmur.
4. Şirkətlər tərəfindən fiziki şəxslərdən nağd alına bilən məhsullar:
a) kənd təsərrüfatı məhsulları (istehsalçıdan);
b) metal qırıntıları;

c) utilizasiya üçün kağız, şüşə və plastik məmulatları;
d) utilizasiya üçün işlənmiş şinlər.

Xatırladaq ki, adıçəkilən qanunun qüvvəyə minmə tarixlərində bəzi dətişikliklər edilib. Belə ki, ƏDV ödəyicisi olan şirkətlər və illik dövriyyəsi 200 min manatdan artıq olan sadələşdirilmiş vergi ödəyiciləri üçün sənəd 01.01.2017-ci ildən tətbiq ediləcək.
Sadələşdirilmiş vergi ödəyiciləri üçün yeni qanun 01.04.2017-ci ildən tətbiq ediləcək.

Yenicag.Az

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv