www.sinerjipro.net

SinerjiProWide
Reklam

скачанные файлыAzərbaycanın bütün mediasınının (qəzet, jurnal, sayt, TV, radio, sosial media) monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Mərkəz deputatlarla bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 33841 xəbər yerləşdirilib. Bunlardan 2140 xəbər mənfi, 367 xəbər müsbət və 32134 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər:

Naqif Həmzəyev (1325 xəbər – Rəsulzadə ilə bağlı etdiyi təhqir),
Zeynəb Xanlarova (196 xəbər – MM-in iclasına gəlməməsi),
Ülviyyə Həmzəyeva (161 xəbər – MM-in iclasına gəlməməsi).
Mehriban Əliyeva isə müsbət xəbərlər arasında 196 xəbərlə (müxtəlif medallarla təltif olunması) liderdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 4261 xəbər dərc edilib. Bu xəbərlərdən 4168-i neytral, 26-sı müsbət, 67-si isə mənfi xəbərlərdir.
Mənfi xəbərlər Naqif Həmzəyevə (29 xəbər – Rəsulzadə ilə bağlı etdiyi təhqir),
Zeynəb Xanlarovaya (13 xəbər – MM-in iclasına gəlməməsi) və
Ülviyyə Həmzəyevaya (11 xəbər – MM-in iclasına gəlməməsi) məxsusdur.

Müsbət xəbər arasında isə Mehriban Əliyeva (18 xəbər – müxtəlif medallarla təltif olunması) liderdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."