www.sinerjipro.net

SinerjiProWide
Reklam

naqif-hBir neçə gündür Məhəmməd Əmin Rəsuzladə ilə bağlı fikirlərinə görə tənqid olunan yeni deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, millət vəkili Rəsulzadəni təhqir etmədiyini qeyd edib:

“Mən başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümələlər görə günahlandırılıram. Bir daha bəyan edirəm ki mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən etmədiyim əməllə görə heç bir məsuliyyət daşımıram. Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş medianın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”.

Daha sonra N. Həmzəyev qeyd edib ki, informasiya terrorunun qurbanına çevrilib:

“Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən və jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 99
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."