yenicag.az
yenicag.az

Naqif Həmzəyevin geri çağırılması ilə bağlı Prezidentə müraciət başladı

Naqif Həmzəyevin geri çağırılması ilə bağlı Prezidentə müraciət başladı

Müəllif: Baş Redaktor

Baş Redaktor

img1951110

LİNK:

https://secure.avaaz.org/ru/petition/Azrbaycan_Respublikasinin_Prezidenti_cnab_Ilham_liyev_Hmzyev_Naqif_lsrf_oglunun_deputat_mandati_lgv_edilsin/?cQftSib

 

YAP-ın Gəncə təşkilatının sədri və yeni deputatı Naqif Həmzəyevin Şərqdə ilk cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir edən ifadələr işlətməsi gəncləri hiddətləndirib. Deputatın bu açıqlamaları onun sərt tənqid edilməsi ilə nəticələnib. Gəncəli deputat Naqif Həmzəyevin dövlətimizin qurucularının lideri Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi yolverilməz ifadələrə ictimaiyyətin sərt reaksiyası hələ də davam edir.

Yenicag.az xəbər verir ki, artıq internetdə deputata qarşı Petisiya başladılıb. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan imzalama kampaniyası sürətlə yayılmaqdadır. Müraciətdə deyilir ki,

“Biz bu müraciətə imza atan insanlar Gəncə şəhəri 38 saylı seçki dairəsindən namizədliyi təsdiq olunmuş Həmzəyev Naqif Ələşrəf oğlunun Məhəmməd Əmin Rəsulzadə haqqında söylədiyi aşağılayıcı fikirlərdən hiddətlənərək, ciddi narazılığımızı bildirir və onun mandatının ləğv edilməsi xahişiylə Sizə müraciət edirik.

Azərbaycanın şanlı tarixinə iftira atan, Ulu Öndər Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediklərinə və cənab prezidentin Məhəmməd Əmin Rəsulzadə haqqında sərəncamına məhəl qoymayan millət vəkili gəncəlilərin və ümumi dövlətin maraqlarına zidd açıqlamalar verməklə Azərbaycan xalqının və dövlətinin etimadlarını doğrultmayacağını əyani şəkildə sübut edir”.

Vətənpərvər insanlar Prezidentə bu link vasitəsi ilə müraciət edə bilərlər:

Həmzəyev Naqif Ələşrəf oğlunun deputat mandatı ləğv edilsin!

Gündəm, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti