!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naqif Həmzəyevin qardaşı bıçaqlanıb

!Reklam – Yazi

naqif0Bir neçə gün əvvəl Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi fikirlərlə gündəmə gələn deputat Naqif Həmzəyevin qardaşı bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Yeni müsavat” qəzeti məlumat yayıb. Bildirilir ki, eputatın qardaşı Saqif Həmzəyev noyabrın 20-də bıçaqlanıb. Hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib.

Deputatın qardaşının bıçaqlanmasının səbəbi qeyd edilən ünvanda avtoxuliqanlıq etməsi olub. Avtoxuliqanlıq edən Saqif Həmzəyev bu hərəkətləri ilə ətrafda yaşayan gənclərin qəzəbinə tuş gəlib. Onlar arasında yaranan mübahisə deputatın qardaşının bıçaqlanması ilə nəticələnib.

Hazırda deputatın qardaşı müalicə alır. Onun həyati təhlükəsi yoxdur.

Məlumata görə, iş Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırılır.

Hadisə ilə bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizovla əlaqə saxladıq. E.Əzizova hadisə ilə bağlı əlavə məlumat öyrənmək istədiyimizi, deputatın qardaşını bıçaqlayan şəxs və ya şəxslərin tutulub-tutulmamasını öyrənmək istədiyimizi dedik. Müstəntiq isə bildirdi ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan bu haqda heç bir məlumat verə bilməz. Müstəntiq hadisəni təkzib və ya təsdiq etmədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirdi ki, bu barədə nazirliyin mətbuat xidmətində heç bir məlumat yoxdur. Ancaq E.Zahidov da hadisəni təkzib etmədi.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv