!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Naqif Həmzəyevlə yanaşı bu deputatların da mandatları ləğv edilsin” – Siyahı açıqlandı

!Reklam – Yazi

teleqraf.com1431679678milli-meclisSərdar Cəlaloğlu: “Rəsulzadəni təhqir edən deputa haqqında ciddi tədbirlər görülməli, onun mandatı əlindən alınmalıdır”

Xəbər verildiyi kimi Gəncədən yeni seçilən deputat Naqif Həmzəyev mətbuat qarşısında elə ilk çıxışından qalmaqala səbəb olan açıqlama ilə yadda qaldı. Belə ki, o Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir edən ifadələr işlədib, onu Vətən xaini adlandırıb, satqınlıqda, Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olmaqda ittiham edib.
Deputatın bu fikirləri cəmiyyətdə kəskin etiraz doğurub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Gəncədın olan bu deputatın mandatının əlindən alınmasını tələb etdi: “İnsanlar parlamenti niyə saxtalaşdırır? Bir ora qohumunu, tayfasını, qardaşını yığır. Bir də parlament tribunasından rəsmi hakimiyyətin deyə bilməyəcəyi fikirləri, ideyaları həmin deputatların dili ilə dedizdirirlər. Parlament hələ yenicə fəaliyyətə başlayıb, amma bu qısa müddətdə bəzi parlamentarilər tərəfindən dövlətçiliyə zidd 3 fakt səslənib. Araz Əlizadə mandat almamış dedi ki, Ağ Evi partlatmaq lazımdır. Hazırda dünyada terrorizmə qarşı mübarizə getdiyi zamanda Milli Məclisin deputatı isə deyir ki, ABŞ prezidentinin iqamətgahını partlatmaq lazımdır. Amma nə hökumət buna reaksiya verdi, nə də bir nəfər demədi ki, bu nə danışıqdır? İkincisi, Rusiya Türkiyə arasında olan gərginlikdə bütün dünya Ankaranın haqlı olduğunu, Rusiyanın özündə müxalif partiya təmsilçiləri Putinin siyasətinin avantüra olduğunu söyləsələr də, Milli Məclisin 4-5 deputatı televiziya vasitəsilə Türkiyənin səhv etdiyini, Moskvadan üzr istəməli və yalvarmalı olduğunu bildirdilər. Onlar Azərbaycanın hər an yanında olan, müstəqilliyimizin, təhlükəsizliyimizin təminatçısı olan qardaş ölkədən düşmən dövlətdən üzr istəməsini tələb edirlər. O cümlədən, Gəncədən olan atasını tanımayan deputat Azərbaycan dövlətinin başçısı, tarixi şəxsiyyətlərimiz, Azərbaycan ideyaları haqqında bu cürə məsuliyyətsiz çıxışlar yapır. İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyilə bağlı sərəncam verdi. O sərəncamın da müddəalarına, bu deputatın da Rəsulzadə ilə bağlı çıxışına baxın. İlham Əliyevin Məhəmməd Əminə rəsmi şəkildə verdiyi qiymətə baxın, parlamentə saxta yolal düşən “deputatın” danışığına da. Təəssüf ki, iqtidarda olanların heç biri deputatın bu əməlinə reaksiya verməyib. Bu onu göstərir ki, həmin deputatların sözügedən çıxışları elə hakimiyyətin sifarişidir. Həmin deputatların ağızından çıxan bütün sözlər əksinə, hakimiyyətin fikirləridir. Narahatam ki, bəzi deputatlar dost dövlətlərə qarşı münasibətləri korlamaq üçün hücuma keçəcək, əksinə, Azərbaycana düşmən olan dövlətləri isə müdafiə edəcəklər. Məhəmməd Əmin Rəsulzadəyə qarşı bu təhqiramiz fikirləri sabah Elçibəyə, bu gün müxalifətdə olan liderlərə qarşı da danışacaqlar. Çünki formalaşan bu parlamentin funksiyası ondan ibarətdir ki, demokratik dünya ictimaiyyəti, Azərbaycana dost xalqlara və müxalifətə qarşı hücumlar təşkil etsinlər. Parlament onsuz da başqa işlə məşğul olmayacaq. Onsuz da Azərbaycan parlamenti kargüzarlıq işindən başqa heç nə icra etmir. Bu parlament sadəcə olaraq, hakimiyyətin deyə bilmədiyi fikirləri deputat adlanan adamların dililə dedizdirəcək və beləliklə də Azərbaycan xalqına qarşı böyük bir düşmən cəbhəsi açacaqlar. Fikrimcə, İlham Əliyevin verdiyi sərəncamın mahiyyətinə uyğun olaraq Rəsulzadəni təhqir edən deputa haqqında ciddi tədbirlər görülməli, onun mandatı əlindən alınmalıdır. Digər deputatlara da Azərbaycan dövlətinin maraqlarına zidd, məsuliyyətsiz çıxışlara görə ən azından xəbərdarlıq edilməlidir”.

ELÇİN

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv