Yazı İçi 468×60

883795f3-7e4b-4dbc-b3fc-77b9cfdf4a36Mobil operatorun dəstəyi ilə AIESEC təşkilatı tərəfndən “Mədəniyyətlər festivalı” keçirildi

29 iyun 2016-cı il tarixdə “Nar” operatorunun dəstəyi ilə “Mədəniyyətlər festivalı” tədbiri keçirildi. “Global Village AIESEC Azerbaijan” Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən başlayaraq hər il keçirilən bu rəngarəng və maraqlı mədəniyyət festivalında dünyanın 14 ölkəsindən gəlmiş nümayəndələr dostluq abu-havası yaratmaq və öz mədəniyyətlərini təqdim etmək üçün bir yerə toplaşdılar. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələrindən zövq aldılar.

Tədbirdə “AIESEC Azerbaijan” tərəfindən dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan və “Need of Clean”, “Talk out Loud”, “Beyond the Limits”, “World for Kids” kimi layihələrin iştirakçıları olan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini müxtəlif suvenir, mahnı və rəqs nömrələri ilə təqdim etdilər.

Hər zaman gənclərin müxtəlif ideya və təşəbbüslərini alqışlayan “Nar” operatorunun dəstək verdiyi tədbir qonaqlar və iştirakçıların ürəyincə oldu. Mobil operatorun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası və “AIESEC Azerbaijan” ilə tərəfdaşlığı çərçivəsində həyata keçən layihə biri-birindən maraqlı və rəngarəng anlarla yadda qaldı.

“Nar” operatorunun digər sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində almaq olar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."