yenicag.az
yenicag.az

Nardaran məscidi bağlandı

Nardaran məscidi bağlandı

Müəllif: Redaktor

Editor

nardaranmescidiNardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb. Bu barədə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü “Müsəlman birliyi hərəkatı” adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış.

Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.(Trend)

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti