120830_res_01Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir.

Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib.

Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur. Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

Qəsəbə sakini Natiq Kərimov bildirib ki, hazırda Nardaranda sabitlik hökm sürür: “Polis öz işini görür, yerli camaat da öz işini. Məlum hadisələrlə əlaqədar başlanmış cinayət işi üzrə bəzi qəsəbə sakinləri istintaqa aparılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, bir neçə nəfər barəsində isə inzibati cəza tətbiq edilib”.

N. Kərimov həmçinin qeyd edib ki, qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb: “Hazırda sayğacların yenilənməsi işi aparılır. Ümid edirik ki, tezliklə elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."