!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nardaranda əməliyyat: silah-sursat götürüldü – Fotolar

!Reklam – Yazi

Sabunçu rayonu Nardaran qəsəbəsində Daxili İşlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək götürülüb.

Yenicag.az-a daxil olan məumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yerləşən qəbirstanlıqda silah-sursat bastırıldığı barədə məlumat daxil olub. Sabunçu RPİ 42-ci PB və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ərazidə təxminən 70 santimetr dərinliyində kisədə torpağa basdırılan “AKMS” markalı avtomat silah, 1 ədəd patron darağı, lüləsi və qundağı, kəsilmiş 2 ədəd “İJ-16” markalı tüfənglər, 1 ədəd “F-1” qumbarası və 274 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Qeyd edək ki, könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir.

www.yenicag.az

1296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv