yenicag.az
yenicag.az

Nardaranda bir qrup radikal şəxs qəsəbəyə gedən yolları bağlayıb-FOTOLAR

Nardaranda bir qrup radikal şəxs qəsəbəyə gedən yolları bağlayıb-FOTOLAR

Müəllif: Redaktor

Editor

4479ac867cd1ec3f0d0a00396a9769daNardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs “İmam Hüseyn” meydanına toplaşıb.

Onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.

“Azadlıq” radiosunun əməkdaşı Turxan Qarışqa “Facebook” səhifəsində yazıb: “Etirazçılar Molotov kokteyli hazırlayır. Hazırda meydanın mərkəzində butulkalara nöyüt tökülür. Kəndə girən yollara daş, dəmir tökülüb. Böyük etiraza hazırlaşırlar. Polis gözə dəymir”.

Radikallar qəsəbə sakinlərini də onlara qoşulmağa tələb edilər.

Qeyd edək ki, bu gün Nardaranda bir qrup silahlı şəxs tərəfindən polisə müqavimət göstərilib. Dörd polis əməkdaşı həlak olub, yaralılar var(APA)

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti