!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nardaranda dini radikalizmlə bağlı tədbir keçirilib

!Reklam – Yazi

15494130_10211855942296968_1058936201_nSabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yeniçağ.az-a verilən məlumata görə, dini icmanın sədri və axundu Musa Qasımov belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra çıxış edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, bu istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Natiq ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev layihənin mövzusu ilə bağlı ətraflı məlumat verib. O, dini radikalizmin qlobal təhlükə olduğunu qeyd edərək, cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Yeniçağ.az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv