Nardaranda həbs olunan 71 sakin azadlığa buraxıldı

Nardaranda həbs olunan 71 sakin azadlığa buraxıldı

Müəllif: Redaktor

Editor

1448540669_nar-1df7Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb.

Bu barədə Nardaran sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: “Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar”.

Nardaran sakinləri qeyd ediblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onlar da, məlum hadisələrdən sonra inzibati qaydada həbs edilənlərdir. Bildirilir ki, saxlanılanlardan 2 nəfərinin inzibati həbs müddəti 30, 1 nəfərin inzibati həbs müddəti isə 15 sutkadır. Yaxın günlərdə həmin şəxslərin də həbs müddəti başa çatacaq və azadlığa buraxılacaqlar.

Xatırladaq ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Müsəlman birliyi” adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri Taleh Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə birlik üzvləri arasında qarşıdurma baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub, radikal birliyin rəhbəri Taleh Bağırov başda olmaqla 32 nəfər saxlanılıb. Saxlanılanlardan 14 nəfər “Müsəlman Birliyi”nin üzvləri, qalan 18 nəfər isə Nardaran sakinidir. Saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra isə inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunub.(trend)

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti