!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nardaranda ölənlərin meyitləri dəfn olunmayıb

!Reklam – Yazi

sdsdsss87Noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı öldürülənlərin meyitlərindən heç kimin xəbəri yoxdur.

Öldürülənlərin meyitlərini heç ailə üzvləri də görməyib. Qəsəbə sakinləri bildiriblər ki, meyitlərin qəsəbəyə gətirilərək ailə üzvlərinin iştirakı ilə dəfn edildiyi haqda məlumatlar doğru deyil.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki, meyitlərin dəfn olunmasını heç kim görməyib və dəfndə də heç kim iştirak etməyib. Ölənlər dəfn edilibsə də, Nardaran qəbiristanlığında dəfn olunmayıb. Çünki orada heç bir yeni məzar yoxdur.

Qəsəbənin başqa bir ağsaqqlı Hacı Hüseyn də bildirib ki, ölənlərdən heç birinin nə ailə üzvləri, nə də yaxınları dəfndə iştirak edib.

Ölənlərdən Əkbər Babayevin atası Nazim Babayev də oğlunun məzarını görmədiyini deyib. Hərçənd, onlar iki gün əvvəl Sabunçu Rayon Polis İdarəsində olarkən Ə.Babayevin cənazəsinin ailəyə təhvil veriləcəyi vəd olunubmuş.

Öldürülən Rafael və Fərail Bünyatov qardaşlarının evində isə heç kim olmayıb. Qonşular bildirib ki, dünən həmin evdə polis əməliyyat keçirib. Qonşuların sözlərinə görə, qardaşların meyitlərini ailə üzvlərindən heç kim görməyib. Meyitlərin dəfnindən də xəbəri olan yoxdur(musavat).

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv