Nardaranda Polis Bölməsinin tikintisi başa çatıb

Müəllif: Redaktor

Editor

c187bf86e5e605f25692b456fc01c040Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati binanın tikintisi başa çatıb.

Bina istifadəyə tam hazırdır. Hazırda Polis Bölməsinin şəxsi heyəti formalaşdırılır. 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrasının müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə ediləcəyi gözlənilir.

Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən A.Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.

Bir neçə günə açılışı gözlənilən Polis Bölməsinin yeni ildən tam gücü ilə fəaliyyət başlayacağı bildirilir.

Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.(APA)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir