www.sinerjipro.net

SinerjiProWide

Nardaranda su quyusundan silah-sursat aşkarlanıb - VİDEO

Reklam

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş “Makarov” markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd “F-1” qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.

Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib.
Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının aprelin 13-də həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Ə.Cabbarovun yaşadığı evin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, “RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülmüşdü.
DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, əllərdə qanunsuz saxlanılan odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Nardaranda su quyusundan silah sursat aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib. Bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb. Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının aprelin 13-də həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Ə.Cabbarovun yaşadığı evin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, "RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülmüşdü. DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, əllərdə qanunsuz saxlanılan odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Posted by Yeniçağ.Az TV on Dienstag, 18. April 2017

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."