www.sinerjipro.net

SinerjiProWide
Reklam

385560Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Məşədi Natiq Kərimov qeyd edib ki, F. Bünyatovun qardaşı Rafael Bünyatov da insident zamanı öldürülüb.

O həmçinin bildirib ki, insident zamanı dünyasını dəyişənlərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Hadisə zamanı öldürülən Abbas Hüseyn Gəncə, Sərvan Səfərov isə Masallı sakinidir. Onların meyitləri öz rayonlarına göndəriləcək. Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarının meyitləri isə Nardarana gətiriləcək. Onlar burada dəfn olunacaqlar”(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."