Nardaranda gərginlik – Yenidən aksiya başlayır(Yenilənib)

Nardaranda gərginlik – Yenidən aksiya başlayır(Yenilənib)

Müəllif: Redaktor

Editor

nard4ghj4Nardaran sakinləri yenidən aksiyaya başlayır.

Səhər saatlarından sakinlər Maştağa qəsəbəsindən Nardarana gedən yolu bağlayıblar.

Əldə olunan məlumata görə, aksiya iştirakçıları meyitlərin qaytarılmasını tələb edir. Onların əllərində dəmir armaturlar, daş parçaları olduğu bildirilir.

 

***

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.

“Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir”- deyə N.Kərimov bildirib.

Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: “Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır”(Aznews).

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti