www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Maarifçiliyə Dəvət” İctimai Birliyin sədri ilahiyyatçı Elçin Manafov və birliyin 40-a yaxın üzvü bu gün Nardaranda yerləşən Rəhimə xanımı ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, bir neçə bölgədən paytaxta təşrif buyuran inanclı insanlar ziyarətgaha daxil olublar. Təşkilatçı E.Manafov əzadarlara Kərbəla hadisələrindən bəhs edib. Daha sonra onlar mərsiyə demək istəsələr də, buna ziyarətgahda çalışanlar və əraziyə nəzarət edən polis əməkdaşları icazə verməyib. Ziyarətçilərin xahişinə baxmayaraq qətiyyətlə “buna izn yoxdur, bizə belə tapşırılıb” – deyə cavab veriblər. Birliyin üzvləri onlara bu cür davranışın doğru olmadığını, bunun onların dini dəyərləri olduğunu bildiriblər. Eyni zamanda buna icazə verməməyin doğru olmadığına özlərinin etirazını bildiriblər. Polis əməkdaşlarından səbəb soruşduqda isə “göstəriş budur” – deyilib. Beləliklə əzadarlar ziyarətlərini yarımçıq sonlandırıblar.

Baş verənlərə “Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Elçin Manafov öz münasibətini bildirib: “Bildiyiniz kimi bu gün imam Hüseynin (ə) şəhadətinin 3-cü günüdü. “Bu məqsədlə bir neçə nümayəndə və tərəfdarlarımız ilə birgə Nardarana yollandıq ki, bu mərasimi müqəddəs Rəhimə xanım ziyarətində icra edək. Bundan öncə də Aşura mərasimini adıçəkilən ziyarətgahda qeyd edək. Lakin bizə bildirildi ki, bu mərasimi yanlız yerli kənd əhalisi edə bilər. Kənar şəxslərin bundan məhrum olduğunu öyrəndiyimiz üçün düşündük ki, imamın 3 mərasimini qeyd edərik. Məhz ziyarətə də bu məqsədlə gəlmişdik. Lakin təəssüflər olsun ki, əzadarlığımızın qarşısı polis əməkdaşları tərəfindən alındı”.

İlahiyyatçı onu da qeyd edib ki, onlara bu cür mərasimləri ancaq Nardaran sakinləri edə biləcəyi deyilib: “Bu cür ayrı seçkilik bizi çox məyus etdi. Havanın bu cür küləkli və yağışlı olmasına baxmayaraq o insanları paytaxta qəlblərində olan Hüseyn (ə) eşqi gətirmişdi. Böyük sevgi ilə gələn əzadarlara dini ayinlərini yerinə yetirməyə maneə olmaq düz addım deyil. Hər kəs böyük üzgünlük və heyrət içərisində ziyarətgahı tərk etdilər. Ümid edirik bu cür hərəkətlər bundan sonra təkrar olunmaz. Çünki illərdir rəhimə xanım ziyarətgahı Əhlibeyt sevərlərin dərd ortağı, müqəddəs məkanı olub. Yüzlərlə insan Əhlibeytin istər xoş, istər acılı günlərində Rəhimə xanım (ə) ziyarətgahına axın edib dualar oxunub, əzadarlıq edilib və ehsanlar verilib. Bu insanların dini dəyərləridir”. (Hədəf14)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 633
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."