Nardaranın girişində beton plitələr düzülür – FOTO

Müəllif: Redaktor

Editor

4d8f8689-0fed-4de6-a5b8-b851b784b937_292-291x300Nardaran qəsəbəsinin girişində beton plitələr düzülür. “Report”un xəbərinə görə, yalnız qəsəbəyə giriş üçün yer saxlanılacaq.

Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir