!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkobaron daxili işlər naziri təyin edildi – Qərar

!Reklam – Yazi

Venesuelanın yeni daxili işlər, ədliyyə və sülh naziri bu yaxınlarda ABŞ məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığında şübhəli bilinən Nestor Reverol təyin edilib.

AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə ötən gün həftəlik teleproqramda çıxış edən ölkə prezidenti Nikolas Maduro bildirib.

Prezident yeni nazirə qarşı ABŞ tərəfindən səsləndirilən ittihamları rədd edərək vurğulayıb ki, Reverol narkotik qaçaqmalçılığının qarşının alınmasında böyük uğurlar əldə edib: “Narkomafiya məhz ABŞ-dadır”.
Prezidentin sözlərinə görə Reverol “yalnız narkotik tacirləri ilə deyil, həmçinin qeyri-qanuni birləşmələr olan “paramilitares” bandaları ilə də mübarizə aparacaq.

Qeyd edək ki, ABŞ prokurorluğu 2008-2010-cu illərdə general Reverolun ABŞ-a böyük həcmlərdə narkotikin çatdırılması müqabilində ona rüşvət verdiyini bildirib.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv