!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkobaronun həbsinin əməliyyat görüntüləri yayıldı – VİDEO

!Reklam – Yazi

914680_470627Məşhur narkobaron El-Çaponun Sinaloma ştatında Loç-Maços şəhərində saxlanılması üzrə xüsusi əməliyyatının kadrları yayılıb.

Qeyd edək ki, «Balacaboy» ləqəbli narkobaronun tutulma əməliyyatında Meksikanın dəniz piyadaları iştirak edib. Hərbçilər evi mühasirəyə aldıqdan sonra, hücum başlayır. Atışma nəticəsində narkokartelin 5 üzvü öldürülür, Qusman daxil olmaqla 6 nəfər isə həbs olunur.

Əməliyyat zamanı bir neçə xüsusi təyinatlının yaralandığı bildirilir.

Xatırladaq ki, yanvarın 8-də Meksika prezidenti Enrike Penya Nyeto dünyanın ən axtarılan narkobaronu – «El Çapo» (“Balacaboy”) ləqəbli Hoakin Qusman Loeranın saxlanılmasını elan etmişdi. O, ötən ilin iyul ayında xüsusi mühafizə olunan «Altiplano» həbsxanasından qaçmışdı. «Sinaola» kartelinin lideri həbsxana divarlarını 50 sm-lik enində 10 metr dərinlikdə qazılan tunellə tərk etmişdi. Azadlığa qovuşmaq üçün cinayətkar yerin altı ilə 1,5 km yol getmək məcburiyytəində qalmışdı. Həmin vaxtda o, axtarışda idi.(Faktxəbər)

www.yenicag.az

1035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv