yenicag.az
yenicag.az

“Narkotik, psixotrop maddələrin satışı,…”- Aygündən İlhamə ilə bağlı ittihamlar

“Narkotik, psixotrop maddələrin satışı,…”- Aygündən İlhamə ilə bağlı ittihamlar

Müəllif: Redaktor

Editor

70134_pxixwmu5fcXalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında qalmaqal daha da şiddətlənib.

İ.Quliyevanın müğənniyə “bədbəxt” deməsi onu özündən çıxarıb.

A.Kazımova qarşı tərəflə bağlı sərt ittihamlar irəli sürüb.

O, İ.Quliyevanı anasını döyməkdə ittiham edib:

“İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir. Anasını hər gün döyürdü. Axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq? 5 metr yeriyə bilmirsən. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi”.

A.Kazımova İ.Quliyevanın “onun ağlı başında deyil” sözünə də reaksiya verib:

“Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Hə? Bəlkə elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram”.

Xatırladaq ki, müğənni ilə A.Kazımova arasında qalmaqal İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuatda yayılan məktubundan sonra başlayıb.

Bu məktuba İnstaqramda münasibət bildirən Aygün Kazımova yazıb:

“Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.

Qeyd edək ki, Aygün Kazımova İlhamə Quliyevanın DİN-in hazırda həbsdə olan Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla fotosunu da redaksiyamıza təqdim edib.(Axşam)

Maqazin, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti