!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Narkotikə tələbatım var idi" - Oğru dəstə saxlanıldı - VİDEO

!Reklam – Yazi

Abşeron rayon polis idarəsinin əməliyyatçıları Saray qəsəbəsində vətəndaşların evlərindən kombi, qaynaq aparatı, istilik sistemləri və kabel oğurlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıblar.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıt sakinləri, 32 yaşlı Amil Əliyev, 34 yaşlı Mehman Şərifov və 37 yaşlı Məmmədrza Salayev istintaqa ilkin ifadə zamanı narkotik istifadəçisi olduqlarını və oğurluğa da narkotikə olan təlabatlarını ödəmək üçün əl atdıqlarını etiraf ediblər.

Məmmədrza Salayev – Saxlanılan şəxs: “Narkotikə tələbatım var idi oğurluq etmişik. Onların arasında kombi də olub. Aparıb satmışıq ehtiyaca görə”.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə hələlik dəstənin əməlindən zərərçəkən vətəndaşların sayı 20 nəfərdir.

Faktlarla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

www.yenicag.az

2021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv