!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Natiq Cəfərli adını ilk dəfə sizdən eşidirəm” – Partiya sədri olan deputat

!Reklam – Yazi

1471076650_1471059759_2

Natiq Cəfərlinin həbsinə parlament müxalifəti və artıq Milli Məclisdə olmayanlar necə baxır? – Sorğu

Fazil Mustafa: “Dəqiqləşdirdikdən sonra daha dəqiq fikir bildirmək olar”

Araz Əlizadə: “Birinci dəfə sizdən eşidirəm onun adını”

Asim Mollazadə: “Bu barədə danışmaq istəmirəm”

İqbal Ağazadə: “Bu həbs siyasi motivlərə əsaslanan həbsdir”

Etimad İsmayılov: “Burada əsas hədəf prezident ilə xalq arasında uçurum və nifrət yaratmaqla, öz varlıqlarını təmin etməkdir”

Xəbər verildiyi kimi, Real Hərəkatı sədrinin müavini, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. N. Cəfərli qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur.

Görəsən, tanınmış iqtisadçı ekspertin bu həbsinə parlamentdə müxalifət nümayəndələri kimi təmsil olunan şəxslərin münasibəti  necədir?

trend_fazil_mustafa_albom_4-300x225Milli Məclisin deputatı Fazil Mustafa N. Cəfərlinin həbsi barədə geniş məlumata malik olmadığını əsas gətirərək, məsələ barədə konkret fikir bildirmək istəmədi: “Natiq Cəfərlinin hansı motivlərlə həbs edildiyi barədə məlumatım yoxdur, çünki kənardayam. Hüquq-mühafizə orqanlarının ona qarşı hansı ittihamlar irəli sürdüyünü açığı araşdırmaq lazımdır. Dəqiqləşdirdikdən sonra daha dəqiq fikir bildirmək olar. Hər halda hüquq-mühafizə orqanları hansı əsaslarla həbs edildiyini bildirəndən sonra ortaya münasibət qoymaq olar. Bəlkə əllərində bizə bəlli olmayan elə faktlar var. Amma hesab edirəm ki, Natiq Cəfərli istedadlı iqtisadçıdır. Ümumiyyətlə bu insanların həbsindənsə, daha yaxşı olardı ki, onlarla bağlı həbs qətimkan tədbiri seçilməsin. Çünki həbs məsələsi Avropada ölkəmizə qarşı müəyyən münasibətlərə gətirib çıxarır”.

arazelizadeMilli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə ümumiyyətlə N. Cəfərlini tanımadığını söylədi: “Mən bu həbs barədə nə deyə bilərəm ki? Natiq Cəfərli adını ilk dəfə sizdən eşidirəm.

asimmollazadeMilli Məclisin deputatı, Demokratik İslahatçılar Partiyasının sədri Asim Mollazadə isə sualımıza cavabda susmaq qızıldır formulasına üstünlük verdi: “Mən bu barədə danışmaq istəmirəm”.

BAXCP sədri Qüdrət Həsənquliyev isə dəfələrlə etdiyimiz zənglərə  cavab vermədilər.

Iqbal-AgazadeÖtən parlamentdə təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə isə N. Cəfərlinin həbsinin siyasi motivlərlə bağlı olduğunu düşünür: “Natiq Cəfərlinin həbsilə bağlı bəyanat qəbul etmişik. Onun həbsini qeyri-qanuni hesab edirik. Belə hesab etməyimizin də konkret səbəbləri var. Qeyqi-qanuni sahibkarlıq və vergidən yayınmaqla ittiham olumaq doğru deyil. Ona görə ki, qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyətilə məşğul deyil. N. Cəfərli isə qeyri-hökumət təşkilatınn rəhbəridir. Vergidən yayınmaya gəldikdə, 80 min manatadək vergidən yayınma cinayət məsuliyyəti yaratmır. Yalnız məhkəmə üzərinə məsuliyyət qoyur və ödənilməsini tələb edir. İnanmıram ki, N. Cəfərli qeyri-hökumət təşkilatının rəhbəri kimi hətta vergidən yayınmış olsa da belə, vergi ödəmələri 80 mini manatı aşsın. Üçüncü bir tərəfdən hesab edirəm ki, cəmiyyətdə kifayət qədər tanınan vətəndaş cəmiyyəti nümayəndəsini hətta həbs etmədən belə mühakimə etmək olar. Düşünürəm ki, bu həbs siyasi motivlərə əsaslanan həbsdir”.

etimad ismayilovEləcə də, Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov da bu məsələ ilə bağlı parlament müxalifətindən kifayət qədər kəskin mövqe sərgilədi. Etimad bəyin cavabı həm də hər iki partiyanın bu parlamentdə niyə olmamasının cavabıdır:  “Prezidentin ətrafında daxili siyasətdən cavabdeh olan insanlar ictimai-siyasi aktivistləri susdurmaq, xalqı da xof içindən saxlamaqdan ötrü hüquq-mühafizə orqanlarından istifadə edirlər. Təəssüf ki, bu tip qondarma işlərlə öz istəklərinə nail olurlar. Burada əsas hədəf prezident ilə xalq arasında uçurum və nifrət yaratmaqla, öz varlıqlarını təmin etməkdir. Təbii ki, bu işin başında rəmzi olaraq klan adlandırılan insanlar dayanır. Uzun illərdən bəri onlar bu sistemlə öz mövcudiyyətlərini qoruyurlar. Natiq Cəfərli də bu məqsəd uğruna həbs olunan nə birinci, nə də sonuncudur. Bir məmləkətdə ki, heç bir qanuna itaət etməyən, korrupsiya, yeyintilər hesabına böyüyən məmur oliqarxlar, deputatlar var, onlar olan yerdə başqalarını qeyri-qanuni sahibkarlıqda ittiham etmək cəmiyyətdə ikrah hissi oyadır. Ən təhlükəlisi budur ki, cəmiyyət “özümüzünkülər” və “digərləri”nə bölünüb. Bu da çox xoşagəlməz tendensiyaya gətirib çıxaracaq. Çünki insanlar dövlətdə və ya dövlət qurumlarında ədalət tapa bilmədikdə başqa dövlətlərə və ya güclərə üz tutmağa məcbur olurlar. Bu da bizim dövlətimiz üçün çox təhlükəlidir”.

 

ELÇİN

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv