!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Cəfərli: “Məmurlar bilirlər ki, istefa versələr…”

!Reklam – Yazi

isiq2016-cı il Azərbaycan üçün çox ağır keçdi. Keçən ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra manatın dollar qarşısında ciddi dəyər itirməsi və neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ağır zərbə vurub.

Bu azmış kimi elektrik enerjisi və qazın qiymətinin qaldırılmasının da alıcılıq qabiliyyəti xeyli dərəcədə zəifləmiş əhalinin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracağı istisna edilmir. Sivil dövlətlərdə ölkələr ağır durumla rastlaşdıqda bu prosesə nəzarət edən və işin öhdəsindən gələ bilməyən məmurlar ya istefa verir, ya da istefaya göndərilirlər. Lakin Azərbaycanda durum ağır olsa da, bu günə qədər hər hansı bir məmurun vəzifədən götürülməsinin, yaxud da istefaya getməsinin şahidi olmamışıq. Görəsən, bu, nə ilə əlaqədardır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ölkənin ağır durumda olmasına baxmayaraq, heç bir yüksək rütbəli məmurun işdən götürülməməsi bir sıra amillərdən qaynaqlanır. Həmsöhbətimizə görə, onlardan birincisi hakim komandanın mövcud düzənin pozulmasından ehtiyatlanmasıdır:

Natiq Cəfərli ile ilgili görsel sonucu“Azərbaycanda hakim komandanın obrazlı desək, bir sümükləşməsi prosesi gedib. Yəni illərlə vəzifədə oturan insanların birdən-birə vəzifədən kənarlaşdırılması sistemdaxili problemlər yarada bilər. Hakimiyyət daxilində bir konsensus əldə edilib. Bu fonda kiminsə vəzifədən götürülməsi ilə konsensusun pozulması prosesi baş verə və gələcəkdə onun təhlükəli məqamları meydana çıxa bilərdi. Bu nöqteyi-nəzərdən məmurlar daha ehtiyatlı və daha həssas davranmağa üstünlük verirlər, nəinki mövcud düzəni pozmağa… Çünki düzənin pozulması onlara görə ciddi fəsadlara gətirib çıxarar”.

N. Cəfərlinin fikrincə, Azərbaycanda istefa mədəniyyətinin olmaması da sözügedən durumun yaranmasına gətirib çıxarıb:

“Ölkəmizdə təəssüf ki, istefa mədəniyyəti formalaşmayıb. Sivil ölkələrdə işinin öhdəsindən gələ bilməyən məmurlar özləri avtomatik olaraq istefa verib gedirlər. Bizdə isə belə bir mədəniyyət formalaşmayıb”.

Ekspert qeyd etdi ki, ölkəmizdə ağır duruma rəğmən məmur istefalarının olmamasında “rol oynayan” 3-cü amil isə bizneslə hakimiyyətin kifayət qədər birləşməsilə bağlıdır: “Hakimiyyətdən, vəzifədən getmək böyük maliyyə itkilərilə nəticələnir. Məmurun işdən uzaqlaşması onun təkcə özünün deyil, yaxınlarının da biznes sahələrinin çökməsilə nəticələnir. Biz bu faktın şahidi olmuşuq. Ona görə də belə bir ehtimalın yüksək olduğunu düşünərək, məmurlar obrazlı desək, öz kreslolarından ikiəlli yapışmağa üstünlük verirlər. Bu da doğru deyil. Əslində, Azərbaycanın indiki iqtisadi çətinliklər dövründə gənc peşəkar hökumət komandasına ehtiyac var ki, onlar daha kreativ və çevik qərarlar verə bilərlər. İndiki hökumət isə əsasən, sovet yanaşmasındanqalma insanlardan ibarətdir. Onların da daha çevik qərarlar vermələrinə nə təhsil səviyyələri, nə də dünyagörüşləri imkan vermir. Nəticədə də ölkəmizdə belə bir ağır durum yaranır”.

 

ELÇİN
Yenicag.az

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv