!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Cəfərli: “Oqtay Əsədovun proqnozunun özünü doğrulda bilməyəcəyi ehtimalı daha yüksəkdir”

!Reklam – Yazi

403736313Milli Məclisin son iclasında sədr Oqtay Əsədov əminliklə söyləyib ki, 2017-ci il və qarşıdakı 3 il ərzində Azərbaycanda iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur.

Görəsən, hazırkı şəraitlər daxilində qarşıdakı 3 il ərzində iqtisadi artımın ola bilməsi ehtimalı nə dərəcədə realdır?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında spikerin verdiyi proqnozun real olmadığını diqqətə çatdırdı: “Əslində, hər şey yenə də əlahəzrət neftdən asılıdır. Neftin qiymətində kifayət qədər yüksək həddə artım olacaqsa, təbii ki, bu da Azərbaycanın ümumi daxili məhsulunun artımına və iqtisadi yüksəlişə birmənalı təsir edəcək. Əksinə neftin qiymətində ciddi dəyişiklik olmazsa, qiymətlər daha da aşağı düşərsə, iqtisadiyyatımızda yenə də ciddi azalmalar müşahidə olunacaq. Bu il iqtisadi gerilik 4 faiz civarında olub. Gələn il cari illə müqayisədə 1 faizlik artımın olacağını proqnozlaşdırıblar. Bu hal özünü doğrultsa belə, cari ildəki 4 faizlik azalmağa görə cəmi 1 faizlik artım demək olacaq. Qeyri-neft sektorunda ciddi irəliləyiş olmasa, maliyyə sektorunda, ixracatda artımlar olmasa 3 illik proqnoz da özünü doğrultmayacaq.

Natiq Cəfərli ile ilgili görsel sonucuTəəssüf ki, proqnozun özünü doğrulda bilməyəcəyi ehtimalı çox yüksəkdir. Bunun üçün ciddi fundamental dəyişikliklərin olması vacibdir ki, bu da görünmür. İxracatda, istehsal prosesində, ümumi daxili məhsulun strukturunda ciddi dəyişiklik yoxdur.

Hətta gələn il maliyyə-pul kredit sisteminin daha da sərtləşdiriləcəyi haqqında bəyanatlar səslənir. Bu isə o deməkdir ki, spikerin dediyinin əksinə olaraq, növbəti illərdə də iqtisadi aktivlik xeyli dərəcədə zəifləyəcək. İqtisadi aktivliyin zəifləməsi fonunda da iqtisadi inkişafın baş verəcəyi mükün deyil”.

 

Yenicag.Az

ELÇİN

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv