!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Əliyev II Fəxri xiyabanda dəfn edilib - FOTOLAR - YENİLƏNİB

!Reklam – Yazi

Bu gün Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimindən sonra Natiq Əliyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

 

***

Yenicag.az-ın məlumatına görə, bu dəqiqələrdə Bakı Mədəniyyət Mərkəzində mərhum nazirlə vida mərasimi keçirilir. Mərasim “Quran” oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasimi saat 14.00-a qədər davam edəcək. Sonra N. Əliyev II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftə ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün özəl təyyarə ilə Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Allah rəhmət eləsin!

Yenicag.az

Fotolar: Cəmalə Əlizadə

 

www.yenicag.az

1797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv