Natiq Miri: “ATƏT sadəcə olaraq bacarmır”

Natiq Miri: “ATƏT sadəcə olaraq bacarmır”

Müəllif: Redaktor

Editor

“Son vaxtlar münaqişənin həlli əvəzinə onun dondurulmasına üstünlük vermək cəhdləri ATƏT və onun Minsk qrupu qarşısında qoyulan tapşırığa uyğun deyil”. Mətbuatın yazdığına görə, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilov qurumun toplantısında belə bəyanatla çıxış edib.

Nədən ATƏT və onun Minsk qrupu qarşısına qoyulan tapşırığa əməl etmir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Natiq Mirinin fikrincə, ATƏT sadəcə olaraq münaqişəni həll etmək gücü və bacarığında deyil: “ATƏT və onun Minsk qrupu Qarabağ münaqişəsinin həllilə bağlı qarşısında qoyulan tapşırığa ona görə əməl etmir ki, qurum sadəcə olaraq həmin konflikti həll etməyi bacarmır. Çünki qarşısına qoyduğu prinsiplər əslində münaqişənin həllinə imkan vermir. Bilirsiniz ki, bu münaqişədə əsasən dövlətlərin ərazi bütövlüyü və xalqıarın öz müqəddəratının təyinatı prinsipləri əsas götürülür. Hansı ki, bu prinsiplər də bir-birinə daban-dabana ziddir. XX əsrin 70-ci illərində, yəni ATƏT yaranan zaman iki dünya gücü, ABŞ-la Sovetlər İmperiyası arasında bir növ balans yaratmaq üçün belə ziddiyyətli iki prinsip kompromis variant olaraq götürülüb. Ayrıca bu problemin əsas mahiyyətində duran problemlərdən biri də ondan ibarətdir ki, ATƏT-in bütün həmsədr dövlətləri münaqişəni Azərbaycanın güzəştləri hesabına həll etmək istəyirlər. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması müqabilində Azərbaycandan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq istəyirlər.

Bu da dolayısı ilə Dağlıq Qarabağa müstəqilliyi özündə ehtiva edir. Azərbaycan dövləti bunu qəbul etmədiyindən problem 24 ildir ki, uzanır. Ötən ilin sonlarında Azərbaycan prezidenti də etiraf etdi ki, Bakıdan Dağlıq Qarabağın müstəqilliyini istəyirlər və bu yöndə ölkəmizə təzyiq edilir. Azərbaycan isə buna getmədiyindən fikir verirsinizsə, yenidən məsələ dünya gündəmindən çıxıb. Artıq ATƏT-in Minsk qrupu və digər dünya gücləri üçün Dağlıq Qarabağ probleminin həlli prioritet təşkil etmir. Ayrıca onu da nəzərə almaq lazımdır ki, ötən ilin aprelində Qarabağ cəbhə xəttində hərbi əməliyyatlar keçirildi. Azərbaycan ordusu həmin döyüşlərdə özünün hərbü gücü ilə Ermənistan ordusunu tamamilə zəiflətdi. Bu da hərbi və psixoloji cəhətdən Ermənistanda böyük bir təlatüm yaratdı. Bu həmçinin Azərbaycanın geosiyasi üstünlüyü idi. Azərbaycan göstərdi ki, heç bir ölkənin köməyi olmadan qısa müddətdə öz torpaqlarını azad etməyə qadirdir. Ancaq bu geosiyasi üstünlüyü Azərbaycana tanımadılar. Atəşkəsi təmin etmək üçün danışıqlar intensivləşdi. Vyana və Sankt-Peterburqda iki görüş baş tutdu. Bununla da məsələ bitdi. Çünki məhz Ermənistanın əli ilə məsələni sabotaj etməyə başladılar. Baxmayaraq ki, nə Ermənistan rəhbərinin, nə də bütövlükdə bu işğalçı dövlətin prosesi sabotaj etmək imkanları yoxdur. Sarkisyan müstəqil olaraq dünya siyasətində mövcud deyil. Onun bir forpostun rəhbəri olduğu bütün dünyaya bəllidir. ATƏT-in Minsk qrupu məhz istədikləri nəticəni əldə edə bilmədiklərindən məsələni dondurmaq istəyirlər. Ancaq düşünürəm ki, prosesi dondurmaq mümkün olmayacaq. Vəziyyət belə davam edərsə, artıq yaz aylarında hərbi əməliyyatlar yeni aktiv fazaya keçə bilər”.

 

ELÇİN
Yenicag.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti