Yazı İçi 468×60

169912_res_01NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: “Prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə təşviq edirik”.

NATO-nun baş katibi bildirib ki, Alyans üçün qərar ən ali dəyərdir. O, Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.(azvision.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."