Ads by Google

hightechnic
Ads by Google

iNATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasının iclası zamanı gərgin anlar yaşanıb.

AzVision.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra iclasın sual-cavab hissəsində söz alan Ermənistanın deputatı Koryun Nahapetyan Türkiyəyə qarşı ittihamlar səsləndirib.

Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” – deyə səsləndirdiyi fikirlərə Çavuşoğlu sərt reaksiya verib:

“Müxtəlif fikirlərimiz ola bilər. Amma əvvəl dürüst olmaq lazımdır. Hələ siyasətçilər çox dürüst olmalıdır. Təəssüf ki, ermənilər heç vaxt dürüst olmurlar. Necə yəni İŞİD-də dəstək veririk?. Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu öldürüb?. Heç də dürüst olmayan şəkildə İŞİD-də dəstək verdiyimizi deyirsiniz” – deyə nazir erməni deputatı susdurdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."