www.sinerjipro.net

SinerjiProWide
Reklam

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinə Naxçıvan Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Naxçıvan Dövlət Energetika Xidmətinin strukturuna Xidmətin aparatı (şöbələr və sektorlar), Xidmətinin strukturuna daxil olan qurumlar – Yüksəkgərginlikli Elektrik Şəbəkəsi və şəhər (rayon) elektrik şəbəkələri daxildir. Naxçıvan Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."