!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan Dövlət Televiziyası Məhəmmədəli Qəriblinin yazılarına hansı reaksiyanı verdi? – Video

!Reklam – Yazi

38546Naxçıvan Dövlət Televiziyası Azinforum.az İnformasiya Portalının baş redaktoru, tanınmış jurnalist Məhəmmədəli Qəriblinin Naxçıvan səfəri ilə bağlı qələmə aldığı təəsüratları və həmin yazılardan doğan reaksiyalarla bağlı geniş veriliş hazırlayıb.

Sözügedən veriliş “Sosial şəbəkələrdə” rubrikası vasitəsilə təqdim edilib. Naxçıvan Dövlət Televiziyasında gündəlik efirə yayınlanan “Günaydın” səhər musiqili informasiya proqramının yeni rubrikası sayılan veriliş sosial şəbəkə istifadəçilərinin və ya saytların paylaşdığı maraqlı, gündəmi zəbt edən mövzular əsasında hazırlanır.

Tərəfdar.az Naxçıvan Dövlət Televiziyasının belə reaksiyası ilə bağlı Məhəmmədəli Qəriblidən münasibət öyrənib. Jurnalist bildirdi ki, verilişlə tanışdır və bu cür diqqətə görə, Naxçıvan Dövlət Televiziyasına minnətdarlığını bildirir:

“Mənim Naxçıvanla bağlı qələmə aldığım təəsüratlarım doğrudan da byük rezonansa səbəb oldu. Çünki müstəqil mövqeli jurnalistlərin bəzən obyektiv olmaları belə birmənlı qarşılanmır. Ancaq fakt ortadadır. Dediyiniz verilişdə də, mənim yazdıqlarımın təsdiqini tapmasına dair kifayət qədər dəlillər ortaya qoyulur. Məlum olur ki, hətta ən radikal müxalifət nümayəndələri belə, Naxçıvandakı kordinal dəyişiklikləri çəkinmədən dilə gətirirlər. Qeyd etmək istəyirəm ki, mənim Naxçıvan səfərimlə bağlı qeydlərim əsasında hazırladığım silsilə yazılar hələ bitməyib. Yaxın günlərdə 3-cü yazı ilə tanış olassınız. Hesab edirəm ki, ən maraqlı məqamlar məhz həmin yazıda öz əksini tapacaq”.

 

https://youtu.be/SYQTy3RRy88

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv